Fövqəladə Hallar Nazirliyi (FHN) Yeni il bayramında yanğın təhlükəsizliyi qaydaları ilə əlaqədar əhaliyə müraciət edib.
Gundemxeber.Az xəbər verir ki, FHN-dən bildirilib ki, Yeni il bayramı ilə əlaqədar yanğın təhlükəsi xeyli artır. Bununla bağlı bəzi təhlükəsizlik qaydalarını hər kəs bilməlidir:
- Evlərdə və şənlik məkanlarında bəzədilən küknar ağacı yerə möhkəm bərkidilməli, ağacın budaqları tavana və divarlara toxunmamalı;
- İşıqlandırmada saz və standarta uyğun elektrik qurğu və cihazından istifadə edilməli;
- Ağac tezalışan oyuncaqla bəzədilməməli;
- Qapalı məkanda atəşfəşanlıq edilməməlidir;
Bayram şənliyində bunlar nəzərə alınmalıdır:
- Şənlik ikinci mərtəbədən yuxarıda keçirilməməli;
- Şənlik keçirilən otağın divar, tavan və döşəməsi odadavamlı olmalı;
- Pəncərədə dəmir barmaqlıq olmamalı;
- Məkanın iki çıxışı olmalı;
- Ehtiyat qapı üzərində "Çıxış" sözü yazılmış yaşıl işıqlı elektrik lövhə olmalı;
- Otağın qapıları mütləq bayıra açılmalı;
- Məkanda nəzərdə tutulan saydan artıq insan olmamalı;
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?