Fövqəladə Hallar Nazirliyi Lənkəran rayonunda yanacaqdoldurma məntəqəsində baş vermiş yanğın barədə məlumat yayıb.
FHN-dən daxil olan məlumatda deyilir ki, Lənkəran rayonunun Separadi kəndində yanacaqdoldurma məntəqəsinin ərazisində həcmi 20 ton olan yeraltı yanacaq çəninin qapağı yanıb.
Yanğın yanğın bölmələri çatana kimi söndürülüb.
Hadisə zamanı 2 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yanğınsöndürənlər hadisə yerinə çatana kimi vətəndaşlar tərəfindən xəstəxanaya aparılıb.
Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?