GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Dükan-bazarları bürüyən saxta mallar - günahkar kimdir?

Dükan-bazarları bürüyən saxta mallar - günahkar kimdir?

Tarix: 26-12-2019, 12:07 Bölmə :Cəmiyyət Baxış: 239
Dükan-bazarları bürüyən saxta mallar - günahkar kimdir?


Bakıda texniki spirtdən hazırlanması təxmin edilən viskidən 3 nəfər zəhərlənib. Onlardan 2 nəfəri ölüb, 1 nəfər isə kor olub. Nərimanov Rayon Prokurorluğu ölümcül zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb. Zərərçəkənlər arasında Nərimanov rayonu 18-ci polis bölməsinin cinayət axtarış şöbəsinin müdiri, 32 yaşlı Sərxan Niyazi oğlu Bayramov da var. Polis dekabrın 23-də Klinik Tibbi Mərkəzdə vəfat edib.

İlkin araşdırma zamanı məlum olub ki, dekabrın 21-də axşam saatlarında müstəntiq və dostları Koroğlu Rəhimov küçəsində yerləşən restoranda spirtli içki içiblər. Sonra onlar Tbilisi prospektində yerləşən başqa bir iaşə müəssisəsinə gediblər. Burada S.Bayramov və dostu Cəlal Ələmdar oğlu Həmzəyev özlərini pis hiss ediblər və “zəhərlənmə” diaqnozu ilə xəstəxanaya yerləşdiriliblər: Sərxan Bayramov Kliniki Tibbi Mərkəzə, Cəlal Həmzəyev isə 3 saylı şəhər klinik xəstəxanasına.

Azərbaycan Respublikası Baş Prokurorluğunun rəsmi məlumatına görə, Cinayət Məcəlləsinin 314.2-ci (İnsan ölümü ilə nəticələnən ehtiyatsızlıq) maddəsi ilə cinayət işi başlanıb. Son məlumata görə, Həmzəyevin vəziyyəti ağırdır, hər 2 gözü kor olub. Əldə edilən məlumatlara görə, dostlar viski içiblər.

“Bundan əvvəl də Azərbaycandan Gürcüstana çoxlu miqdarda ucuz viski daşınması faktları ortaya çıxıb. Hər kəs yüksək keyfiyyətli viskinin baha olduğunu, ucuz alkoqolun adətən gizli sexlərdə istehsal olunduğunu bilir”, - oxu.az-a polisdən verilən açıqlamada bildirilir.

Dekabrın 24-də axşam saatlarında texniki spirtdən zəhərləndiyi iddia edilən başqa bir şəxsin cəsədi Səbayel rayonu ərazisindəki “morq”a çatdırılıb. Meyitin 1995-ci il təvəllüdlü Mustafa Teymur oğlu Mustafayevə məxsus olduğu ortaya çıxıb. M.Mustafayevin vəziyyəti Səbayel rayonundakı restorana baş çəkdikdən sonra pisləşib. O, Toksikoloji Mərkəzə aparılıb və bir müddət sonra orada ölüb.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Yeni Müsavat”a deyib ki, Azərbaycanda saxta spirtli içki bazarı mövcuddur: “Bu bazarla Daxili İşlər Nazirliyi Mütəşəkkil Cinayətkarlıqla Mübarizə Baş İdarəsindən savayı effektiv mübarizə aparan qurum yoxdur. Bu gün ölkənin əmtəə bazarında, müxtəlif brendlər altında külli miqdarda saxta içkilər satırlar. Təəssüflər olsun ki, bunun qarşısının alınması üçün görülən işlərə ictimai dəstək yox səviyyəsindədir. Spirtli içkilər bazarı Azərbaycanda ən çox çirklənmiş seqmentdir. Ən təhlükəli spirtli içkilər Azərbaycanda satılır. İnsanları hətta kor edən içkilərin tərkibində təhlükəli sinüs yağları var və problem bundan qaynaqlanır. Təəssüflər olsun ki, belə içkilərin satışı, istehsalı ilə məşğul olan şəxsləri haqlı, istehlakçıları isə haqsız çıxarırlar”.

Əlbəttə ki, saxta malları istehsal edənlə yanaşı, onu götürüb satan market, restoran da məsuliyyət daşıyır. Əksər hallarda saxta mallar ölkəyə xaricdən gətirilmir. Çünki onu sərhəddən keçirə bilmir. Adətən saxta spirtli içkilər Azərbaycan ərazisində zirzəmilərdə hazırlanır.

Ən azı market və restoranlar həmin malın saxta olduğunu bilirlər.

Eyyub Hüseynov deyir ki, ölkəyə gətirilən bütün ərzaq malları analiz edilməlidir: “Azərbaycana gətirilən və standartlara uyğun olmayan mallar müəyyən partiyalarla olur. Dünyada satılan malların təcrübəsində ilk öncə yüksək keyfiyyətli və standartlara uyğun mallar gətirilir. Bundan sonra isə həmin marka altında ölkəyə standartlardan kənar saxta mallar gətirilir. Bir sözlə, bütün malların analizinin həyata keçirilməsi çox müsbət hal olardı. Hər hansı bir saxta və ya keyfiyyətsiz malın müxtəlif yollarla ölkəyə gətirilməsi ilə məşğul olan qruplar mövcuddur. Azərbaycanda da belə hallar mümkündür”.

"Ölkəmizə gətirilən mallar arasında saxta və keyfiyyətsiz məhsulların idxal olunması halları son zamanlar nəzərəçarpan dərəcədə artıb". Bunu Dövlət Gömrük Komitəsinin saytına Gömrük Sahəsində Hüquqpozmalara Qarşı Mübarizə Baş İdarəsinin Təhqiqat şöbəsinin rəisi, gömrük xidməti polkovnik-leytenantı Fikrət Ələsgərli müəllif yazısında qeyd edib. (https://customs.gov.az/az/xeberler/207_saxta-ve-ya-keyfiyyetsiz-mallarin-idxal-edilmesine-gore-mesuliyyet-tedbirleri-guclendirilmisdir/ ttps://customs.gov.az/az/xeberler/207_saxta-ve-ya-keyfiyyetsiz-mallarin-idxal-edilmesine-gore-mesuliyyet-tedbirleri-guclendirilmisdir/)

Müəllif yazır ki, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə əsasən gömrük sərhədindən keçirilən bütün mallara gömrük nəzarətini həyata keçirmək, onların keçirilməsi qaydalarına riayət olunmasını təmin etmək, gömrük hüquqpozmalarının qarşısını almaq, iqtisadi təhlükəsizliyi, gətirilən mallar ilə əlaqədar Azərbaycan istehlakçılarının mənafeyini müdafiə etmək, həmçinin insanların həyat və sağlamlığını qorumaq Azərbaycan Respublikasının gömrük orqanlarının əsas vəzifələrinə aid edilib. Bu vəzifələrin yerinə yetirilməsi üzrə gömrük orqanları tərəfindən görülmüş tədbirlər nəticəsində dəfələrlə respublika ərazisinə keyfiyyətsiz məhsulların idxal olunmasının qarşısı alınıb, insanların həyat və sağlamlığının qorunması üçün zəruri tədbirlər görülərək bu kimi məhsullar məhv edilir. Belə malların məhv edilməsi saxta və ya keyfiyyətsiz malların ölkəmizin ərazisinə gətirilməsinin qarşısını almadığından, həmçinin mövcud qanunvericilik aktlarında, belə bir əməli törətmiş şəxslərə qarşı heç bir məsuliyyət tədbiri nəzərdə tutulmadığından əksər hallarda, həmin şəxslər qanunvericilikdə olan çatışmazlıqlar nəticəsində məsuliyyətdən yaxa qurtarırdılar. Belə ki, qüvvədə olan İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinə əsasən “İstehlakçıların huquqlarının pozulması”na dair inzibati məsuliyyət tədbirləri nəzərdə tutulub. Lakin həmin maddə üzrə hüquqpozma faktının qeydə alınması üçün normativ sənədlərin tələblərinə cavab verməyən mallar respublika ərazisində istehsal olunmalı, satılmalı və yaxud bu sahədə xidmətlər göstərilməlidir. Şərh olunan mövcud halda isə yəni normativ sənədlərin tələblərinə cavab verməyən mallar respublika ərazisinə hələ daxil olmadığını nəzərə alaraq, bu maddə ilə hüquqpozma faktının qeydə alınması qeyri-mümkün hesab edilirdi. Eyni zamanda İnzibati Xətalar Məcəlləsinin 228-ci maddəsinin sankisyasının yalnız xüsusi subyektlər olan vəzifəli və hüquqi şəxslər üçün nəzərdə tutulduğu və burada fiziki şəxslər barədə inzibati məsuliyyətin nəzərə alınmadığı müəyyən edilmişdir, halbuki təcrübədə çox vaxt keyfiyyətsiz məhsulların məhz fiziki şəxslər tərəfindən idxalına təsadüf edilir.

Bu səbəbdən də, aparılmış təhlillər nəticəsində Dövlət Gömrük Komitəsi olaraq qanunvericilikdə müəyyən dəyişikliklərin edilməsi məqsədilə təşəbbüskarlıq göstərilmiş və ölkə ərazisinə gətirilən saxta və ya keyfiyyətsiz məhsulların idxal edilməsinə görə məsuliyyətin müəyyən edilməsi üçün “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilməsi haqqında” Azərbaycan Respublikasının Qanun layihəsi hazırlanaraq, Ədliyyə Nazirliyi də daxil olmaqla, aidiyyəti orqanlar ilə razılaşdırılmış və Nazirlər Kabinetinə təqdim olunub. Yeni hazırlanmış qanun layihəsində isə “Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi”nə görə artıq fiziki, vəzifəli və hüquqi şəxslərin məsuliyyəti müəyyənləşdirilərək, törədilən əmələ görə müvafiq məsuliyyət tədbirləri nəzərdə tutulur.

Eyni zamanda Dövlət Gömrük Komitəsinin səlahiyyətlərinə aid edilmiş hüquqpozma halları araşdırılmış və gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi zərurətinin yarandığı müəyyən olunub. Bu səbəbdən də İnzibati Xətalar Məcəlləsinin 21-ci fəslində öz əksini tapmış gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə nəzərdə tutulmuş cərimə məbləğlərinin artırılması haqqında qanun layihəsi hazırlanaraq Nazirlər Kabinetinə təqdim olunub.

Qeyd olunanların nəticəsi olaraq, 2009-cu il 26 may tarixində “Saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə, habelə gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyətin gücləndirilməsi məqsədilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əlavə və və dəyişikliklərin edilməsi haqqında” Azərbaycan Respublikasının 822-IIID nömrəli Qanunu qəbul olunmuş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə yeni 228-1-ci - “Saxta və ya keyfiyyətsiz malların idxal edilməsi” maddəsi əlavə olunaraq gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə məsuliyyət tədbirləri gücləndirilib.

Yeni qəbul olunmuş qanuna əsasən, artıq saxta və ya keyfiyyətsiz malların idxal edilməsinə görə saxta və keyfiyyətsiz mallar müsadirə edilməklə və ya edilməməklə, fiziki şəxslər yüz manatdan min manatadək, vəzifəli şəxslər min manatdan üç min manatadək, hüquqi şəxslər üç min manatdan on min manatadək cərimə edilir. Həmçinin gömrük qaydaları əleyhinə olan inzibati xətalara görə müəyyən maddələrin sanksiyalarındakı cərimə məbləğləri artırılaraq mövcud şəraitə uyğunlaşdırılmışdır.

Müəllif yazısının sonunda qeyd edir ki, Gömrük Komitəsi olaraq qanunvericilikdə müəyyən edilən çatışmazlıqları aşkar etdikdə, qanunvericiliyin təkmilləşdirilməsi istiqamətində zəruri tədbirlər görərək dövlətin iqtisadi mənafelərinin, eləcə də əhalinin və istehlakçıların maraqlarının qorunması üçün öz səylərini bundan sonra da əsirgəməyəcəklər./musavat
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • “Meyvəli” bazarında yumurtadan kütləvi zəhərlənmə baş verib

    “Meyvəli” bazarında yumurtadan kütləvi zəhərlənmə ...

    17-07-2019, 13:47

  • 
  • Ötən ay 8 nəfər dərmandan zəhərlənib

    Ötən ay 8 nəfər dərmandan zəhərlənib ...

    2-08-2017, 13:05

  • 
  • Mindən çox adam qəsdən zəhərlənib

    Mindən çox adam qəsdən zəhərlənib ...

    9-06-2016, 00:04

  • 
  • Bakıda bir ailənin 4 üzvü yağdan zəhərlənib

    Bakıda bir ailənin 4 üzvü yağdan zəhərlənib ...

    29-11-2019, 11:52

  • 
  • Bakıda məşhur restoranda kütləvi zəhərlənmə

    Bakıda məşhur restoranda kütləvi zəhərlənmə ...

    13-08-2018, 12:05


Təqvim

«    Sentyabr 2023    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
252627282930 

Arxiv xəbərlər

Sentyabr 2023 (425)
Avqust 2023 (582)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (596)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (520)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (585)
Aprel 2022 (645)
Mart 2022 (663)
Fevral 2022 (652)
Yanvar 2022 (664)
Dekabr 2021 (665)
Noyabr 2021 (661)
Oktyabr 2021 (667)
Sentyabr 2021 (604)
Avqust 2021 (505)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (753)
Sentyabr 2020 (687)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (642)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (653)
Noyabr 2019 (557)
Oktyabr 2019 (594)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (683)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1092)
Avqust 2017 (1200)
İyul 2017 (1512)
İyun 2017 (843)
May 2017 (563)
Aprel 2017 (558)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (515)
Noyabr 2016 (350)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1168)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu