Moskvada məhkəmə Rusiya Federasiyası Baş Qərargah rəisinin müavini, general-polkovnik Xəlil Arslanovun əmlakına həbs qoyub.
Gundemxeber.Az bildirir ki, bu barədə hüquq-mühafizə orqanlarındakı mənbə məlumat verib.
“İstifadəsinə həbs qoyulan əmlak dəyəri milyonlarla rubl olan torpaq sahələri və daşınmaz əmlakdır. Əmlaka qoyulan həbs Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi (böyük ölçüdə dələduzluq) üzrə müvəqqəti tədbir kimi müsadirə edilib”, - mənbə açıqlamasında bildirir.
Mənbə əlavə edib ki, X.Arslanov Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini vəzifəsini icra etməkdə davam edir, lakin hazırda yüksək rütbəli hərbçi məzuniyyət götürərək faktiki olaraq vəzifələrini icra etmir.
Qeyd edək ki, Xəlil Abduxalimoviç Arslanov 1964-cü ildə Ulyanovsk vilayətində anadan olub. 1981-ci ildən orduda xidmət edir, Rusiya Silahlı Qüvvələrinin rabitə idarəsinin rəisi, Baş qərargah rəisinin müavinidir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?