1 saylı Şəhər Klinik Mərkəzində aparılan tibbi müayinə zamanı bloger Mehman Hüseynov boynunda, qabırğalarında, qollarında və ayaqlarında çoxsaylı xəsarət aşkarlanıb. Bu, onun dekabrın 27-də polis tərəfindən amansızcasına döyülməsinin nəticəsidir.
Ötən gün o, özəl klinikada müayinədən keçib və ayağında tromb aşkarlanıb. Bu baxımdan, əlavə bir "Doppler ultrasəs" dən keçməlidir. Bununla əlaqədar o, əlavə olaraq dopler- USM-dəndən keçməlidir.
Bazar ertəsi M.Hüseynov polisin hərəkətləri ilə bağlı prokurorluğa şikayət edəcək.
M.Hüseynov dekabrın 27-də axşam reper Pasterin (Pərviz Quluzadə) həbsinə etiraz olar keçirilən aksiya zamanı polis tərəfindən saxlanılıb. O,şəhər kənarına aparılaraq və ağır döyülüb.
DİN M.Hüseynovun “razılaşdırılmamış aksiya keçirdiyinə və vətəndaşların istirahətini pozduğuna görə” saxlanıldığını təsdiqləyib, lakin döyülmə faktını təkzib edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?