ReAl Cümhuriyyətçilər İttifaqı fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakdan imtina edə bilər. Bunu Turan-a Respublikaçı Alternativ Partiyasının (ReAl) sədri İlqar Məmmədov bildirib.
“ReAL Cümhuriyyətçilər İttifaqı ReAl Partiyasının və müstəqil namizədlər qrupunun seçkiqabağı bloku kimi təsis edilib. İttifaq seçkiqabağı hadisələri və hakimiyyətin hərəkətləri diqqətlə izləyəcək və onlara qiymət verəcək.
“Əgər hakimiyyət insan haqlarının vəziyyətinin pisləşməsinə yönələn hərəkətləri gücləndirirərsə, namizədlərimizin əksəriyyətini qeydiyyata almasa və başqa repressiv hərəkətlər törədərsə, bu, seçkilər anlayışı üstündə son nöqtəni qoya bilər. Belə bir vəziyyətdə seçkilərdə iştirakımıza yenidən baxacağıq”, - o bildirib.
Eyni zamanda İttifaqın bəyanatında bloger Mehman Hüseynovun saxlanması və döyülməsi ilə bağlı qərəzsiz istintaqın aparılması və günahkarların cəzalandırılması tələb edilir.
Reper Pərviz Quluzadənin həbsi ilə başlayan bu repressiv hərəkətlərə dərhal son qoyulmalıdır, bəyanatda deyilir.
Sorğu
Yeni dizaynımız necədir?