Həbsdə olan Respublikaçı Alternativ (REAL) Hərəkatının sədri İlqar Məmmədov Kürdəxanı həbsxanasından Milli Şura ilə bağlı fikirlərini açıqlayıb. İ.Məmmədov Milli Şura təşəbbüsçülərinə onları da bu quruma dəvət etdikləri üçün təşəkkür edib. Ancaq o, MŞ-lə bağlı bir sıra iradlarını da bildirib: “Milli Şura üçün Eldar Namazov, Əli Kərimli və İsa Qəmbər öz aralarında prezidentliyə vahid namizəd razılaşdırdığı gün REAL özünün Milli Şura haqqında qərarına yenidən baxacaq və çox güman ona daxil olmaq qərarını verəcək. Digər şərtlərimizi artıq cari iş rejimində də həll edə bilərik, xüsusilə onu nəzərə alaraq ki, dediklərinə görə şərtlərimiz prinsipcə qəbuldur”.
Hərəkat sədri deyib ki, REAL-ın yaranmasının səbəbi həm də məlum müxalif təşkilatların 20 il ərzində siyasi legitimliyini itirməsidir: “Onu yuxarıda dediyim şəxslər yalnız vahid namizəd razılaşdırmaqla qismən bərpa edə bilərlər. Mənasız, aldadıcı və öncədən uğursuzluğa aparan “birliklər”də işimiz yoxdur”.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?