Azərbaycanlı siyasi mühacir Daşqın Ağalarov bu gün Polşanın Qdansk şəhərində aeroportda saxlanılıb.
Ona məlumat verilib ki, saxlanma İnterpolun sorğusu əsasında aparılıb və onu Azərbaycana deportasiya edəcəklər. Bu barədə digər siyasi məhbus, jurnalist Əfqan Muxtarlının xanımı Leyla Mustafayeva Facebook səhifəsində yazıb.
O, Beynəlxalq hüquq-müdafiə təşkilatlarını buna imkan verməməyə çağırıb.
Daşqın Ağalarov mühacir telekanalı “Turan TV” ilə əməkdaşlıq edir. Əsasən Tbilisidə yaşayıb, digər siyasi mühacirlərə dəstəkləyib. //Turan
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?