"Biz, Tövrat yəhudiləri sionist İsrailin ən qısa müddətdə məhv olması üçün dua edirik...”
Meşi Zaxav bu yəhudiləri “İsrailin "ayıb yeri” olacaq "xainlər" adlandırıb...
Yanvarın 3-də Bağdadda ABŞ hərbçilərinin raket zərbəsi ilə qətlə yetirilmiş məşhur İran generalı Qasım Süleymaninin Kerman şəhərində keçirilmiş dəfn mərasimində yəhudilərdən ibarət nümayəndə heyəti də iştirak edib.
Moderator.az-ın İsrail mediasına istinadla verdiyi xəbərdən bəlli olur ki, ABŞ-la yanaşı, rəsmi Təl-Əvivin də qatı düşmən kimi qəbul etdiyi və öldürülməsinə açıq-aşkar sevindiyi generalın dəfninə qatılanlar “Neturey karta” adlı anti-sionist, anti-İzrail yəhudi təşkilatının üzvləri olub.
İsrailin “ZAKA” könüllü xilasedicilər cəmiyyətinin rəhbəri Yehuda Meşi Zaxav “minlərlə yəhudi və qeyri-yəhudi dinc uşaq və qadının ölümünə səbəb olmuş bir general”ın dəfnində iştirak etmiş yəhudiləri “İsrailin "ayıb yeri” olacaq "xainlər" adlandırıb. Anti-İsrail təşkilatının üzvləri isə “Tvitter”də belə bir şərh veriblər:
“Biz İrandakı insanlarımızın yanındayıq. İran dövlətinin şəhidlərini ziyarət etdik və onlarla birlikdə olduğumuzu, İran xalqının dərdini bölüşdüyümüzü göstərdik. Biz, Tövrat yəhudiləri, sionist İsrailin ən qısa müddətdə məhv olması üçün dua edirik...”
Xəbərdə qeyd edilir ki, 2018-ci ildə “Neturey karta” üzvləri İranın xarici işlər naziri Məhəmməd Cavad Zəriflə görüşərək İsrail dövlətini kəskin qınayıb və İran hökumətinin yəhudi azlığına qarşı siyasətini alqışlayıblar.
Anti-sionist yəhudilərin sabiq İran prezidenti Mahmud Əhməd Nejatla da dəfələrlə görüşləri olub.
Xatırladaq ki, Moderator.az-ın daha öncələr də xəbər verdiyi kimi,1935-ci ildə Qüdsdə yaradılmış “Neturey Karta”(qədim arami dilində “şəhərin keşikçiləri”) Yəhudi hərəkatı yaranışından bəri sionizmə və İsrail dövlətinə qarşı çıxır. Hərəkat hesab edir ki, sionizm və İsrail dövləti əsl Tövrat qanun və dəyərlərinin əleyhinədir. Onlar hətta yəhudilərin Hitler tərəfindən məşhur soyqırımı kimi tanınan “Holokst”u da “sionistlərin planlarının tərkib hissəsi və “Allahın yəhudi xalqına cəzası” kimi dəyərləndirirlər...
Kanadadakı “Neturey Karto” təşkilatının fəalları radikal solçu və İslam fəalları ilə birlikdə İsrail əleyhinə nümayişlərdə mütəmadi olaraq iştirak edir, İsrail bayraqlarına od vurublar. Bu yəhudilər İsrail dövlətinin məhv edilməsini və İsrail daxilində Fələstin dövlətinin yaradılmasını tələb edən şüarlar daşıyırlar...
Sorğu
Yeni dizaynımız necədir?