GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Aidiyyatı orqanlara...” - Məşhurlarımız bu dəfə Nərmin üçün ayağa qalxdı, göz yaşı tökdü

“Aidiyyatı orqanlara...” - Məşhurlarımız bu dəfə Nərmin üçün ayağa qalxdı, göz yaşı tökdü

Tarix: 7-01-2020, 14:58 Bölmə :Cəmiyyət Baxış: 435
“Aidiyyatı orqanlara...” - Məşhurlarımız bu dəfə Nərmin üçün ayağa qalxdı, göz yaşı tökdü


Xəbər verdiyimiz kimi, ötən il Tovuzda itkin düşən azyaşlı qızın yanmış meyiti tapılıb. Noyabrın 20-də itkin düşən rayon sakini, 2010-cu il təvəllüdlü Nərmin Şərif qızı Quliyevanın meyiti dünən axşam saatlarında Dondar Quşçu kəndi ərazisində yanmış vəziyyətdə tapılıb.

Gundemxeber.Az xəbər verir ki, azərbaycanlı məşhurlar da bu dəhşətli hadisəyə səssiz qalmayıb. Ötən ildən bəri Nərminin axtarışında olan teleaparıcı Xoşqədəm Hidayətqızı sosial şəbəkədə paylaşım edərək göz yaşı töküb: “Nərmin, sənin axtarışına çıxarkən bilirdim ki, sən artıq yoxsan, amma möcüzəyə inanırdım. İnanırdım, deyirdim, bəlkə də sağ tapılacaqsan. Əlimdən gələni etdim, böyüdüyün evi, ətrafını, gəzdiyin küçələri gəzdim, dolaşdım, amma səni tapa bilmədim. Həftələrlə iş telefonuna özüm cavab verdim, bayramda belə özümlə götürdüm. Düşünürdüm, möcüzə olar, sən zəng edərsən, “Məni xilas edin” deyərsən. Olmadı, Nərminim, olmadı, xınalı quzum. Məni bağışla, səni sağ tapa bilmədim. Məni bağışla, sən öldürülərkən fəryadına yetişə bilmədim. Məni bağışla, sızlayan yaralarına məlhəm ola bilmədim, bala.

Gecə 01:47-dir, mən hələ də yata bilmirəm, səni öldürdükləri - yandırdıqları o səhnəni düşünürəm. Körpə bala, o an kimi çağırdın? O balaca ürəyin yaşadığın dəhşətə necə dözdü? Dözə bilmirəm bu acıya, göz yaşları ilə bu sətirləri yazıram, mənim günahsız körpəm. Məni bağışla, cənnət quşum, mələyim, Nərminim…”

İfaçı Sabina Selcan da Nərminin fotosunu paylaşaraq, cinayətkarın tapılmasını tələb edib: “Səhər tezdən paylaşımları gördüm bütün vücudum sızladı. Gözümü yumub təsəvvür etdim, ürəyim qan ağladı, can, Nərmin bala. Günahsız mələyim, kim bilir nə əziyyət verdi o vicdansız, şərəfsiz sənə. Allahım, sən özün bilənsən, görənsən… O şərəfsizin ermənidən nə fərqi? Bütün aidiyyatı orqanlara üzümü tutub xahiş edirəm, qısa zamanda o biqeyrət tapılsın. O vəhşi cəzasını çəksin! Hələ 10 yaşı var idi, niyə qoymadın həyatın dadını görsün, ay şərəfsiz?!”

Aktyor Sərxan Kərəmoğlu bu əməli törədənlərə lənət oxuyub: “Allah lənət etsin, başqa heç nə deyə bilmirəm. Baxarsınız, indi bu işin altından kimlər çıxacaq. Xoşqədəm Baxşəliyeva bir həftə keçdi, üstüörtülü dedi, amma təəssüf ki, anlayan olmadı”.

Teleaparıcı Murad Əzimzadə də hadisəyə susmayanlar arasında yer alıb: “İfadəsi mümkünsüz ağrı və acıdır. İnsanlıq adına utancdır. Vicdanın, adamlığın öldüyü andır. Tovuzda 10 yaşlı Nərmin noyabr ayından itib və dünən yanmış halda meyiti tapılıb. Bu paylaşımı uşaq zorakılığı və ölümlərinə son deyərək, bütün hiss və duyğularımla paylaşıram. İnşallah, yaxın zamanda cinayəti törədənlər aşkarlanar və ən ağır cəzanı alarlar! Nərminlər ölməsin deyə, susma!”

Qeyd edək ki, hadisənin təfərrüatı barədə hələ ki, məlumat yoxdur. Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır./yenisabah.az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Tovuzda meyiti tapılan 10 yaşlı qızın öldürüldüyü təsdiqlənib

    Tovuzda meyiti tapılan 10 yaşlı qızın öldürüldüyü ...

    7-01-2020, 10:39

  • 
  • Şabranda yanmış kişi meyiti tapılıb — FOTO

    Şabranda yanmış kişi meyiti tapılıb — FOTO ...

    29-01-2018, 14:34

  • 
  • Kərbəlada itkin düşən azərbaycanlı axundun meyiti tapılıb

    Kərbəlada itkin düşən azərbaycanlı axundun meyiti ...

    28-10-2019, 15:12

  • 
  • Qusarda evdən yanmış kişi meyiti tapılıb

    Qusarda evdən yanmış kişi meyiti tapılıb ...

    27-10-2018, 12:06

  • 
  • Dəhşət: Xaçmazda itkin düşən şəxsin parçalanmış meyiti tapıldı - YENİLƏNİB

    Dəhşət: Xaçmazda itkin düşən şəxsin parçalanmış ...

    12-12-2013, 14:13


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu