Pakistanın Ali Məhkəməsi 76 yaşlı keçmiş prezident Pərviz Müşərrəfin işinə baxılması üçün xüsusi məhkəmənin yaradılmasını “qeyri-konstitusiya” aktı kimi tanıyıb.
Xüsusi məhkəmə keçmiş prezidenti edam cəzasına məhkum etmişdi. Beləliklə onun barəsində çıxarılmış ölüm hökmü də ləğv olunub.
Ona qarşı hökmdən petisiya vermiş Müşərrəfin şikayətinə baxan Ali Məhkəmənin qərarında deyilir ki, keçmiş prezidentə qarşı dövlət xəyanəti ittihamını araşdıran mühakimə ölkə qanunvericiliyinə uyğun aparılmayıb. Dekabrın 17-də Müşərrəf dövlət xəyanətində və ölkənin konstitusiya quruluşunu devirməkdə ittiham olunaraq ölüm cəzasına məhkum edilmişdi.
Məhkəmənin qərarında deyilir ki, keçmiş prezident 2007-ci ildə ölkədə fövqəladə vəziyyət elan etməklə konstitusiyanı pozub.
Həmin vaxtlarda Pakistanda etirazlar geniş vüsət almış və Müşərrəfin siyasi rəqibi Benazir Bhutto mühacirətdən vətənə qayıtmışdı.
Lakin bu qayıdışdan bir ay sonra Bhutto minlərlə insanın iştirak etdiyi nümayişdə törədilmiş terror aktı nəticəsində həlak olmuşdu.
Müşərrəf ona qarşı bir neçə ittiham üzrə zaminə buraxılmışdı, halbuki o həm də 2006-cı ildə Bəlucistan vilayətinin millətçi lideri Əkbər Bugtinin və keçmiş baş nazir Benazir Bhuttonun qətllərində şübhəli bilinirdi.
Müşərrəfin 2016-cı ildən bəri Dubayda müalicədədir. O iddia edir ki, səhhətində olan çoxsaylı problemlərlə bağlı vətənə qayıda bilmir.
Müşərrəf Pakistanda 1999-cu il hərbi çevrilişi nəticəsində o vaxtkı baş nazir Benazir Bhuttonu devirərək hakimiyyətə gəlmişdi.
Bhuttonu korrupsiyada ittiham etmişdilər və o, qiyabi olaraq 3 il müddətinə azadlıqdan məhrum edilmişdi.
Müşərrəf Pakistanın prezidenti postunda 2008-ci ilədək qalmışdı.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?