GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Yunis Səfərov sabiq başçını niyə güllələdiyini hər kəsin bilməsini istəyir

Yunis Səfərov sabiq başçını niyə güllələdiyini hər kəsin bilməsini istəyir

Tarix: 17-01-2020, 18:25 Bölmə :Cəmiyyət Baxış: 952
Yunis Səfərov sabiq başçını niyə güllələdiyini hər kəsin bilməsini istəyir


Sabunçu Rayon Məhkəməsində sabiq icra başçısını güllələməkdə ittiham olunan Yunis Səfərovun və digərlərinin məhkəməsi başlayıb; əsas müttəhim “prosesin şəffaf keçirilməsini istəyirik, qoy bütün ictimaiyyət hər şeyi bilsin” deyir

Sabunçu Rayon Məhkəməsində Gəncənin icra başçısı Elmar Vəliyevi güllələməkdə ittiham olunan Yunis Səfərovun və digərlərinin – Mahir Əzizov, Hamlet Abdullayev, Akif Əliyev, Cəfər Zalov, Rasim Mustafayev, Ceyhun Qurbanov, Firudin Zeynalov, Vüqar Məmmədov və Ceyhun Salahovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Musavat.com-un xəbərinə görə, prosesə Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Natiq Əliyev sədrlik edib.

Prosesdə Y.Səfərovun müdafiəsinə vəkil Bəxtiyar Hacıyev qoşulub.

Təqsirləndirilən şəxslər və müdafiəçiləri məhkəmənin şəffaf, obyektiv araşdırılması üçün video və audioyazıların aparılmasına icazə verilməsi ilə bağlı vəsatət veriblər. Lakin vəsatət təmin edilməyib.

Y.Səfərov buna etirazını bildirib: “30 il ərzində Azərbaycanda ikinci belə bir fövqəladə hadisə baş verməyib ki, kimisə heç bir səbəb olmadan vurasan. Ona görə prosesin şəffaf keçirilməsini istəyirik. Qoy bütün ictimaiyyət hər şeyi bilsin”.

Y.Səfərov həbs olunduğu gündən etibarən telefon danışıqlarına və yaxınları ilə görüşə məhdidiyyət qoyulduğunj bildirib: “1 il 5 aydır ki, telefon danışıqlarına və görüşlərə məhdudiyyət qoyulub. Mən mühakimə olunuram. Müdafiəmi qura bilmirəm. Əvvəl hüquqlarımı təmin edin, sonra mühakimə edin”.

Daha sonra təqsirlındirilən şəxslər və müdafiəçiləri məhkəmə tərkibinə etiraz ediblər.

Məhkəmə prosesi fevralın 17-də davam edəcək.

Sözügedən cinayət işi üzrə təqsirləndirilən şəxslərin sayı 12 nəfər olsa da, məhkəmə önündə 10 nəfər dayanıb. İki nəfər – Ağa Sərxani və Anar Bağırov tutularkən öldürülüb. Həbs edilənlərə qarşı 30-dan artıq maddə ilə ittiham irəli sürülüb.

“Yeni Müsavat” bildirir ki, 2018-ci il iyulun 3-də Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə və polis əməkdaşı Qasım Aşbazova qarşı məqsədyönlü şəkildə əvvəlcədən planlaşdırılmış terror aktı, iyulun 10-da isə Gəncə şəhərində kütləvi iğtişaş törətməklə həmin terror aktını dəstəkləyən radikal dini yönümlü bir qrup şəxsin xidməti vəzifələrini yerinə yetirən iki polis əməkdaşına zor tətbiq etməklə qətlə yetirməsi və sair faktlar üzrə bir neçə məhkəmə prosesi artıq yekunlaşıb.

Yunis Səfərov Azərbaycan Respublikasının Konstitusiya quruluşunun zorla dəyişdirilməsinə, şəriət qanunlarına əsaslanan idarə üsulunun təşkilinə yönələn terrorçuluq, qanunvericiliklə nəzərdə tutulmayan sabit silahlı qrupun yaradılmasına, ölkənin hüdudlarından kənarda silahlı birləşmələrdə təlim keçilməsi, çoxsaylı odlu silah, döyüş sursatı və partlayıcı qurğuların quldurluq və digər qanunsuz yollarla ələ keçirilərək saxlanılması, polis əməkdaşlarının ağırlaşdırıcı hallarda qəsdən öldürülməsinə cəhd edilməsi, ayrı-ayrı vəzifəli şəxslərin dövlət xadimləri kimi xidməti fəaliyyətlərinə son qoymaq və bu fəaliyyətə görə qisas almaq məqsədilə terror aktlarına hazırlıq, dövlət əleyhinə açıq çağırışlar və törətdikləri sair ağır və xüsusilə ağır cinayət əməllərində ittiham olunur.

Rəsmi ittihama görə, iyul ayının 3-də törədilən cinayətin icraçısı Yunis Səfərov yaxın münasibətdə olduğu Eldar Orucov, Azər Əliyev, Mahir Əzizov ilə birlikdə Azərbaycanda şəriət qaydaları ilə idarə edilən dövlət qurmaq niyyəti ilə hökumət orqanlarına qarşı partizan müharibəsi aparmaq istəyiblər.

Bu məqsədlə onlar 2012-ci ildə xarici ölkələrdən birində döyüş təlimi keçib və həmin ilin yaz aylarında Gəncə şəhərinə gələrək şəhər sakini Hamlet Abdullayevdən 1 ədəd “Kalaşnikov” markalı avtomat silah və 1 ədəd “Makarov” markalı tapança alıblar. Lakin həmin dövrdə planlaşdırdıqları cinayətkar əməllər baş tutmadığından silahları Hamlet Abdullayevə qaytarıb ölkəni tərk ediblər.

Dini radikalizmə meylli Hamlet Abdullayev həmin silahları və “Marqulin” markalı daha 1 ədəd tapançanı onunla eyni radikal dini baxışları bölüşən və 2018-ci il iyulun 21-də keçirilən xüsusi əməliyyat zamanı silahlı müqavimət göstərdiyinə görə məhv edilən Anar Bağırovla birgə Gəncə şəhər sakini Pərviz Bayramovdan və 2015-ci ildə avtomobil qəzasında ölmüş Məhəmməd Əzizovdan 500 manata alıb.

Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı terror aktı törətməkdə təqsirləndirilən Yunis Səfərov həmin silahları müvəqqəti qaytardıqdan sonra Hamlet Abdullayev “Makarov” tapançasını pul müqabilində Pərviz Bayramova və “Kalaşnikov” avtomatını dayısı, Gəncə şəhər sakini Aydın Qurbanova verib, “Marqulin” markalı tapança isə Anar Bağırov da qalıb.

Aydın Qurbanovun və Anar Bağırovun gizlətdikləri silahların və sursatın yerinin müəyyən edilməsi məqsədilə onların Gəncə şəhərində qeydiyyatda olduqları ünvanlarda axtarış aparılıb.

Nəticədə Aydın Qurbanovun yaşadığı binanın çardağından “Kalaşnikov” avtomatı, ona aid 56 ədəd patron və 1 ədəd sandıqça, Anar Bağırovun yaşadığı binanın zirzəmisindən “Marqulin” markalı tapança, ona aid 47 ədəd patron, 132 ədəd avtomat patronu, “Teksun” yağ qabının içində gizlədilmiş daha 273 ədəd avtomat və tapança patronu, 8 ədəd sandıqça, habelə mənzilindən radikal dini məzmunlu materiallar olan və faşizmi təbliğ edən 36 ədəd kompakt disk aşkar edilərək götürülüb.

Daha sonra keçirilən əməliyyat nəticəsində bu cinayətin digər iştirakçıları həbs ediliblər.

Cinayət işi üzrə Gəncənin sabiq icra başçısı Elmar Vəliyev və daha 5 nəfər zərərçəkən şəxs qismində tanınıb.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Yunis Səfərovun apellyasiya şikayəti təmin edilməyib

    Yunis Səfərovun apellyasiya şikayəti təmin ...

    4-10-2018, 14:13

  • 
  • “Gəncə işi” başladı, Yunis Səfərov hakim önündə - YENİLƏNİB

    “Gəncə işi” başladı, Yunis Səfərov hakim önündə - ...

    7-01-2020, 14:47

  • 
  • Yunis Səfərov və Ağa Sərxaninin təmsil olunduğu qrupun məhkəməsi başlayır

    Yunis Səfərov və Ağa Sərxaninin təmsil olunduğu ...

    21-12-2019, 16:07

  • 
  • Yunis Səfərov vəkilindən imtina etdi, istədiyi vəkilin adını açıqladı: "MƏNİ O MÜDAFİƏ ETSİN..."

    Yunis Səfərov vəkilindən imtina etdi, istədiyi ...

    7-01-2020, 23:30

  • 
  • Gəncə ŞİH başçısı Elmar Vəliyevə sui-qəsdlə əlaqədar 12 nəfər həbs olunub - SİYAHI

    Gəncə ŞİH başçısı Elmar Vəliyevə sui-qəsdlə ...

    9-07-2018, 19:55


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (259)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu