GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » BDU tələbəsinin müəmmalı ölümündə sirr pərdəsi – “Görünməyən bir əl faktları ört-basdır edir?”

BDU tələbəsinin müəmmalı ölümündə sirr pərdəsi – “Görünməyən bir əl faktları ört-basdır edir?”

Tarix: 22-01-2020, 18:07 Bölmə :Cəmiyyət Baxış: 364
BDU tələbəsinin müəmmalı ölümündə sirr pərdəsi – “Görünməyən bir əl faktları ört-basdır edir?”


Xəbər verdiyimiz kimi, noyabrın 21-də Bakı Dövlət Universitetinin Mətbuat prospekti 36 ünvanında yerləşən 2 saylı yataqxanasında zəhərlənmə hadisəsi baş verib. Hadisə nəticəsində 1999-cu il təvəllüdlü Xasmətova Şəkər Faiq qızı vəfat edib, 1998-ci il təvəllüdlü Quliyeva Dilrubə Qismət qızı, 1998-ci il təvəllüdlü İbadova Həmidə Bünyamiddin qızı isə ağır vəziyyətdə Respublika Toksikologiya Mərkəzinə çatdırılıb.

Məsələ ilə bağlı Oxu.Az-a müraciət edən Ş.Xasmətovanın atası Faiq Xasmətov hadisədən 62 gün keçməsinə baxmayaraq, qızının ölümü ilə bağlı müəmmanın hələ də müəyyənləşmədiyini bildirib:

“Noyabrın 21-də qızım Şəkər Xasmətova Bakı Dövlət Universitetinin yataqxanasında müəmmalı şəkildə vəfat edib. Həmin gün qızımdan morqda ekspertiza üçün nümunələr götürülüb. Hadisədən iki aydan çox vaxt keçməsinə baxmayaraq, ekspertizanın nəticələri açıqlanmır. Bunun səbəbini bilmirik. Əvvəlcə bizə ekspertizanın cavablarının 30 gün müddətinə çıxacağı bildirilmişdi. Ancaq ekspertizanın cavablarının gecikməsinin səbəbləri bizə açıqlanmır.

Ekspertizanın cavablarını gecikməsi istintaqın da gedişinə mane olur. İşi Bakı Şəhər Prokurorluğunda yaradılmış istintaq qrupu aparır. Dəfələrlə müstəntiqlə və istintaq qrupunun rəisi ilə görüşmüşəm. Ancaq mənə ekspertizanın cavablarını gözləməyi məsləhət görüblər. Bilmirəm, nə qədər gözləməliyəm?

İki aydır balamı itirmişəm, hələ də ölüm səbəbini bilmirəm.

Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli açıqlama vermişdi ki, bu zəhərlənmə qidadan deyil, toksiki zəhərlənmədir. Bu maddəni tapmaq bu qədər çətindir? Ən müasir avadanlıqlarla təchiz olunmuş laboratoriyaları olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Elmi-Təcrübi və Tədris Birliyinin 62 gün müddətində bir maddəni aşkar etməməsinə necə dözmək olar?

Bu gün bizim başımıza gələn sabah başqalarının başına gələ bilər. Biz bu məsələnin ilk gündən obyektiv araşdırılmasını istəmişik. Heç kimi ittiham etmək fikrində deyilik, çoxlu suallar var, amma cavabları yoxdur. Bu müəmmalı ölümü araşdırmaq üçün 62 gün az müddət deyil”.

F.Xasmətovun hüquqlarını müdafiə edən vəkil Türkel Süleymanlı isə ictimaiyyəti bu işlə bağlı diqqətli olmağa çağırıb:

“Bildiyiniz kimi, Xasmətova Şəkər Faiq qızı noyabrın 21-də müəmmalı şəraitdə vəfat edib. 20 yaşında qızın bu günə hələ də məlum olmayan mənbədən zəhərlənməsinin üstünün açılmaması həm bizə - onun ailəsinə daha da acı çəkdirir, əzabımızı artırır, həm də cəmiyyət üçün təhlükə mənbəyi olaraq qalır.

Təəssüf ki, istintaq aparılması bizə deyilsə də, naməlum səbəbdən ekspertizanın aparılması iki aydır ki ləngiyir. Məhkəmə tibb ekspertizası bu işə xüsusi diqqət göstərməli olduğu halda hazırda istintaqın ləngiməsinin əsas səbəbkarıdır.

Xasmətovlar ailəsində artıq narahatlıq var ki, burada cinayətin araşdırılması yerinə, əksinə, cinayət ört-basdır edilir. Bütün ictimaiyyəti bu işə diqqətli olmağa çağırırıq. İmkan verməyin bu iş ört-basdır edilsin. Bu, həm də sizin üçün təhlükəlidir, çünki bu cinayətin mənbəyi və günahkarları müəyyən edilməsə, başqa qurbanlar da ola bilər”.
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin vəziyyəti ağır olaraq qalır

    Səhiyyə Nazirliyi: Zəhərlənən tələbələrin ...

    22-11-2019, 10:56

  • 
  • BDU-nun rektoru zəhərlənən tələbələrə görə xəstəxanaya gəldi - Yeniləndi

    BDU-nun rektoru zəhərlənən tələbələrə görə ...

    21-11-2019, 15:19

  • 
  • Tələbə qızlar gecə zəhərlənib - Ölən qız nişanlı imiş - YENİLƏNİB

    Tələbə qızlar gecə zəhərlənib - Ölən qız nişanlı ...

    21-11-2019, 15:14

  • 
  • BDU-nun jurnalistika fakültəsinin tələbəsi itkin düşüb

    BDU-nun jurnalistika fakültəsinin tələbəsi itkin ...

    23-11-2018, 14:26

  • 
  • BDU-nun iki tələbəsinin halı kirayə mənzildə pisləşib?

    BDU-nun iki tələbəsinin halı kirayə mənzildə ...

    3-12-2019, 13:21


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (374)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu