Əldə etdiyimiz son məlumatlara görə, 28 saylı Sabunçu III Seçki Dairəsindən deputatlığa namizəd Süleymanlı Aygün Yunis qızının təbliğat-təşviqat kompaniyası, artıq tam şəkildə “fiaskoya uğramaqdadır”.
Belə ki, yerli sakinlərin iddialarına görə, adı çəkilən bu xanım namizədlə bağlı bütün “giriş qapıları” bağlanıb. Yəni, seçicilər onunla görüşə getməyə, hansısa danışığını eşitməyə qətiyyən həvəs göstərmirlər. Söylənilənlərə görə, Aygün Süleymanlının belə bir vəziyyətlə üz-üzə qalmasına əsas səbəb, məhz onun vaxtilə yüksəkçinli vəzifə sahibi olmuş sabiq məmurlardan birinə “trolluq” etməsi olur. Çünki, adının çəkilməsini istəmədiyimiz həmin məmurla bağlı, illər öncədən də müəyyən şübhələr baş qaldırmışdı və onun son taleyi haqda, artıq hər kəs də məlumatlıdır.
Toxunacağımız əsas məqamlardan biri də, ali qanunverici orqanda təmsil olunmaq üçün iddiasını ortaya qoyan, amma bu yolda hansı aqibətlə üz-üzə qalacağını öncədən hesablamağı bacarmayan Aygün Süleymanlı, hal-hazırda yeni manevrlərə əl atmaq istəsə də, o, hər addımında uğursuzluğa düçar olmaqdadır. Çünki söylənilənlərə görə, seçiciləri onunla görüşə gəlməkdən imtina etdikləri üçün, bu gün o, hər bir seçicinin yaşadığı ünvana baş çəkməyə məcbur olur. Daha xoşagəlməz hal o olur ki, çox zaman seçicilər Süleymanlı soyadını eşidən kimi giriş qapılarını kilidləyirlər. Nəzərə almaq lazımdır ki, 28 saylı Sabunçu III Seçki Dairəsinə məxsus ərazi Bakıətrafı kəndlərə düşür. Həmin kəndlərdə dədə-babadan qalma adət-ənənə, bir çox spesfik xüsusiyyətlər var. Bir sözlə, həmin kəndlərin sakinləri bu gün “ağı qaradan” ayrıd etməyi bacardıqlarından, artıq hansı namizədə səs verəcəklərini çoxdan müəyyən ediblər. Düşünmək lazımdır ki, onların namizəd olaraq Aygün Süleymanlıdan imtina etmələrinin kökündə, bu xanımın əvvəllər müxtəlif cəbhələrdə olması olur. Belə bir halın varlığı da, yəni dəyişən əqidənin “sağa-sola” hərəkət etməsi, sözsüz ki, həmin sakinlərin heç cür xoşuna gələ bilməz. Bakı əhlinin vədi və əqidələri “yek” olduğundan, belə bir əqidə sahibinə səs verməyəcəkləri əvvəlcədən gözlənilən idi.
Bir anlığı diqqət yetirək ki, Aygün Süleymanlının dəyişkənliyi təkcə mövqe dəyişkənliyində yaşanmayıb, eyni zamanda bu xanımı əvvəllər geniş ictimaiyyət Aygün Muradxanlı deyə, zaman keçdikcə isə Aygün Süleymanlı deyə tanıyıb. Yəni, belə bir halın varlığı onu sübut edir ki, 28 saylı Sabunçu III Seçki Dairəsindən deputatlığa namizəd olan, ali qanunverici orqana iddiasını ortaya qoyan Aygün Süleymanlı xaraktercə dəyişkənliyə meylli olan şəxsdir. Bu kimi səbəblər üzündəndir ki, seçicilərin üz döndərdiyi və 17 yanvardan bu günə kimi heç bir uğura imza atmağı bacarmayan, gündən-günə isə olub-qalan nüfuzunu itirən bu xanım namizədlə bağlı ictimai rəy minimum həddədir. Düşünmək olar ki, bu xanım reallığı nəzərə alacaq və bir qədər götür-qoy etdikdən sonra, abırlı, “üzüsulu” digər namizədlərə qarşı “qara piar” kompaniyasından əl çəkəcək və ədalətli seçki prosesinin keçirilməsinə çalışacaq. Çünki, bəzi media qurumlarında, sosial şəbəkələrdə və s. hər kəs oxuyub görür ki, seçici etimadını qazanmayanların taleyi hansı acı sonluqla sonuclanır. Bir sözlə, artıq 21-ci əsrdir və dünyanın real mənzərəsini, insanların dəyişən simasını hər kəs görür və lazım olan qiyməti verməyi də bacarırlar. Bəyəm, 28 saylı Sabunçu III Seçki Dairəsində yaşayan seçicilər Aygün Süleymanlı haqda müəyyən məlumata malik deyillərmi ki, bu namizədə qarşı yanaşmalarını ortaya qoymağı bacarmasınlar?.
Xüsusi toxunacağımız məqamlardan biri də, bir neçə gün bundan öncə 28 saylı Sabunçu III Seçki Dairəsində qeydiyyatdan keçmiş namizədlərdən birinin seçicilərlə keçirdiyi görüşdə səsləndirdiyi fikirlərə Aygün Süleymanlının münasibət bildirməsidir. Belə ki, həmin namizəd seçicilərlə görüşü zamanı vurğulayır ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icra olunması ilə bağlı, büdcədən təqribən 25 milyard manata yaxın pul vəsaiti ayrılır. Düzdür, qeyd olunan məbləğdə vəsait ayrılsa da, bir çox layihələrin icrası baş verən devolvasiya səbəbindən müvəqqəti dondurulur. Ona görə də millət vəkili seçiləcəyim təqdirdə, bu məsələnin gündəmə çıxarılmasına və təmsil olunacağım seçki dairəsi ərazisində layihələrin həyata keçirilməsinə çalışacağam”.
Onu da bildirək ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfras çərçivəsidə, iqtisadi-inkişaf naziri də büdcədən təqribən 25 milyard manata yaxın pul vəsaitinin ayrıldığını vurğulayır. Məsələnin maraqlı və düşündürücü tərəfi odur ki, belə bir rəqəmin Nazirlik rəsmisi tərəfindən səsləndirilməsinə baxmayaraq, 28 saylı Sabunçu III Seçki Dairəsində qeydiyyatdan keçmiş namizəd Aygün Süleymanlı orda-burda vurğulayır ki, “heç ölkəmizin büdcəsi o qədər deyil”. Əslində, bu rəqəmlər dövlət proqramı cərcivəsində müxtəlif lahiyələr üzrə maliyyə hesabatında öz əksini tapmiş məlumatlara əsaslanır. Bütün bunlar onu söyləməyə əsas verir ki, ali qanunverici orqanda təmsil olunmaq üçün iddiasını ortaya qoyan bu xanımın danışıdığı fikirlərin hər biri, yalnız və yalnız qaragüruhçuluqdan başqa bir şey deyil.
P.S. Hörmətli oxucular! Bu və digər olaylarla bağlı geniş açıqlamalarla çıxış etməyə çalışacağıq. Odur ki, bizi izləməyi unutmayın.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?