Gundemxeber.Az bildirir ki, 47 Saylı Mingəçevir Seçki Dairəsindən deputatlığa namizəd Aydın Mirzəzadə ilə bağlı AFN-ə şok məlumat daxil olub. Belə ki, Mingəçevir şəhər sakini Nəbiyev Elxan YAP-çı deputatın şadlıq sarayında foto çəkiliş işlərini gördüyünü deyib.
Daha sonra qeyd edib ki, 5 il bu işi görüb: "Əvvəldən 17 min dollar depozit qoymuşdum restorana. İndi pulu qaytarmır. Hətta məni həbs etdirmək istəyirdi, mən ölkədən getməyə məcbur oldum. Daha sonra mən onun tərəfindən üzləşdiyim təzyiqlərlə bağlı ölkə rəhbərliyinə müraciət etdim, müvafiq orqanlara müraciət etdim".
Şikayətçi A.Mirzəzadə ilə bağlı ciddi ittihamlar səsləndirib. Onun sözlərinə görə, deputat avtomobillə uşaq vuraraq öldürüb: "Hadisə yerindən qaçmışdı, qaçmasaydı uşaq yaşayacaqdı. Sonra da sürücüsünü verdi qabağa, guya sükanda o olub. Daha sonra da sürücüsünü həbsdən qurtardı". E.Nəbiyev iddia edir ki, deputat Qarabağ qazisi Nizami Daşdəmirova verilmiş torpağı da mənimsəyib. Şikayətçinin bu və digər ittihamları təqdim etdiyimiz videolarda geniş əksini tapıb.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?