Bunu, 47 saylı Mingəçevir seçki dairəsindən deputatlığa namizəd Fariz Quliyevə, Mingəçevirdə Heydər Əliyev 82/1, 84/1 prospektində, hər an uçmaq təhlükəsi olan, 9 binanın sakinləri bildiriblər.
Onlar dəfələrlə keçmiş deputatları Aydın Mirzəzadəyə bu barədə məlumat versələr də, təəssüf ki, Aydın Mirzəzadə öz şəxsi maraqlarına görə, bu barədə yuxarı qurumlara heç bir məlumat verməmiş, onların qarşısında məsələ qaldırmamış, hər an uçmaq təhlükəsi altında olan binalarda yaşayan yüzlərlə insanların, həyatı təhlükələrinə biganə qalmışdır.
Məhz buna görə də, insanlar onun yenidən deputatlığa namizədliyini irəli sürməsini qətiyyətlə pisləyir, onun yenidən Mingəçevirin deputatı olmaması üçün, Prezident Ilham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət ediblər.
Deputatlığa namizəd Fariz Quliyev də, şəxsən bu acınacaqlı vəziyyəti öz gözləri ilə görərək, sakinlərin haqlı olduğunu dəqiq bildikdən sonra, deputatlığa namizəd kimi, bu məsələni şəxsən ölkə rəhbərliyinə çatdıracağı barədə, həmin uçmaq təhlükəsində olan binaların sakinlərinə söz vermişdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?