GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Aygün Süleymanlının növbəti yalanı ifşa olundu

Aygün Süleymanlının növbəti yalanı ifşa olundu

Tarix: 31-01-2020, 18:19 Bölmə :Cəmiyyət Baxış: 1 881
Aygün Süleymanlının növbəti yalanı ifşa olundu


Deputatlığa namizəd dövlət başçısına yalan məlumatlar təqdim etməkdən belə çəkinmədi

Gundemxeber.Az aia.az-a istinadla bildirir ki, bu gün “YouTube” kanalında 28 saylı Sabunçu üçüncü seçki dairəsində namizədliyi qeydə alınmış Aygün Süleymanlının ölkə Prezidentinə müraciəti yayımlandı. İlk növbədə qeyd edək ki, deputatlığa namizədlər arasında seçici səsi uğrunda mübarizənin məhz belə bir məcraya yönəlməsi son dərəcə utancverici bir haldır. Əlbəttə, Aygün Süleymanlının özünün təbliğat-təşviqat kampaniyasına başladığı ilk gündən atdığı qeyri-adekvat addımları, onun sosial şəbəkələrdə yayımladığı postlarda işlətdiyi etik normalara zidd ifadələri nəzərə almaqla bu yayımın da yanından susaraq ötmək olardı. Lakin bu dəfə Aygün xanım digər bir namizədə qarşı aşkar yalan ittihamlar irəli sürərək birbaşa dövlət başçısına müraciət etməklə, özü yaratdığı süni gərginliyi böhran həddinə çatdırmış oldu.

Digər tərəfdən Aygün Süleymanlının ittiham etdiyi namizədlərin təbliğat kampaniyasının necə keçirilməsinin mahiyyətini nəzərə alaraq, son günlər qeyd olunan dairədə səslənən müəyyən ittihamları araşdırmaq qərarına gəldik. Bu məqsədlə tərəfimizdən bəzi operativ tədbirlər həyata keçirildi və aşağıdakılar müəyyən edildi. İlk növbədə bizim tərəfimizdən Sabunçu Rayon Polis İdarəsinə və Sabunçu RPİ-nin 14-cü Polis Bölməsinə müvafiq sorğular ünvanlandı. Həmçinin bu məqsədlə əməkdaşımız 14-cü PB-nin növbətçi hissəsində də oldu. Sorğumuza cavab olaraq bölmənin zabiti, polis mayoru Ramil Hacıyev bildirdi ki, deputatlığa namizəd Aygün Süleymanlının özünün və tərəfdarlarının (vəkilləri, köməkçiləri, potensial seçiciləri və s.) yanvar ayının 17-dən bu günə qədər hər hansı bir ictimai və ya şəxsi obyektdə bir yerə yığılmaları səbəbilə onlara hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən heç bir basqı göstərilməyib. Həmçinin heç bir polis əməkdaşı Aygün Süleymanlının və tərəfdarlarının bir yerə toplanmasına mane olmaqda təqsirləndirilərək cəzalandırılmayıb. Eləcə də heç bir mülki şəxsin Aygün Süleymanlının və tərəfdarlarının bir yerə toplanmasına mane olduğu və ya buna cəhd etdiyi barədə də, rayonun hüquq-mühafizə orqanlarına şikayət daxil olmayıb.

Həmçinin müəyyən olundu ki, Aygün Süleymanlının və tərəfdarlarının özünün dediyi kimi, çay içmək üçün yığışdıqları kafe 14-cü PB-nin bilavasitə yaxınlığında (təxminən 20 m-lik məsafədə) yerləşir. Kafenin sahibi isə ona qarşı kimlərsə tərəfindən hər hansı bir əsasla təpki göstərilməsinə dair iddiaların cəfəngiyyat olduğunu bildirir.

Aydındır ki, istər Aygün Süleymanlının, istərsə də hər hansı digər deputatlığa namizədin hansısa bir tərəfdarının digər bir namizədin adamları tərəfindən girov götürülməsinə dair iddialar da xəstə təxəyyülün məhsulundan başqa bir şey deyil. Maraqlıdır ki, 28 saylı Sabunçu üçüncü seçki dairəsində namizədliyi qeydə alınmış deputatlığa namizədlərin ümumi sayı 9 nəfərdir. Bununla belə tək Aygün xanımdan başqa qalan 8 namizəddən heç biri digərlərinə qarşı indiyədək etirazını bildirməyib. Əlbəttə, Aygün Süleymanlının hesabında onun seçicilərinin sayı, özünün dediyi kimi, minlərlə, hətta on minlərlə də ola bilər. Amma reallıq budur ki, onun keçirdiyi görüşlərə 20-30 nəfər yaxın qohum-əqrəbadan başqa heç kim gəlmir. Aydındır ki, belə bir iflas durumda qarşı tərəfdən hər hansı bir təhdid, xüsusən də seçicilər arasında nüfuzu ən yüksək olan namizəddən və ya namizədlərdən gələn “təhdid” Aygün Süleymanlının reytinqini bir qədər qaldıra bilər. Deməli, belə bir təhdid yoxdursa da, onu imitasiya etmək gərəkdir. Təəssüflər olsun ki, olduqca primitiv olan bu üsul hələ də bəzi hallarda müəyyən effekt verir. Əlbəttə ki, bütün bunlar Aygün Süleymanlı tərəfindən ilk növbədə başqa bir deputatlığa namizədlərə və eyni zamanda da rayonun hüquq-mühafizə orqanlarına açıq-aşkar şər və böhtan atıldığına dəlalət edir. Amma yazının əvvəlində də dediyimiz kimi, Aygün xanım üçün belə davranış tərzi artıq çoxdan bir normaya çevrilib. Və sonda, Aygün Süleymanlı tərəfindən ortaya atılmış sözün əsl mənasında paranoidal bir ittihama da, bir neçə kəlmə ilə münasibət bildirməyi lazım bilirik. Aygün xanım iddia edir ki, onu, ailəsini və tərəfdarlarını gecə-gündüz hansısa naməlum şəxslər izləyir və təqib edir. İndi bu tərifə diqqət edin: “Paranoya — həddindən artıq narahatlıq və ya qorxuyla xarakterizə edilən, tez-tez məntiqsiz şiddət bildirən bir narahatlıq, psixoloji nasazlıq. Fərdin hər hansı bir hadisə qarşısında hadisənin meydana gəlməsindən fərqli olaraq inkişaf edə biləcəyini öz içərisində canlandırma yolu ilə qarşıya qoyduğu və sərhədsiz sayda çeşitləndirə biləcəyi xəyal məhsullarının bütünüdür. Paranoya çox vaxt şizofreniya kimi psixotik xəstəliklərlə yanaşıdır...” Uyğunluğu siz də hiss etdinizmi? Lakin yaxşı olardı ki, məsələnin bu tərəfinin araşdırılması ilə mütəxəssislər məşğul olsunlar. Xoşbəxtlikdən belə mütəxəssislər elə Maştağa qəsəbəsində yerləşən xüsusi tibbi müəssisədə kifayət qədərdir.

Gundemxeber.Az
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Seçicilər namizədin təbliğatını baykot edərək fiaskoya uğratdılar - FOTOLAR

    Seçicilər namizədin təbliğatını baykot edərək ...

    25-01-2020, 16:36

  • 
  • Elementar maliyyə hesabatından başı çıxmayan şəxs millət vəkili ola bilərmi?

    Elementar maliyyə hesabatından başı çıxmayan şəxs ...

    29-01-2020, 14:16

  • 
  • DEPUTATLIĞA NAMİZƏD AYGÜN SÜLEYMANLININ “DRONQO TAKTİKASI”

    DEPUTATLIĞA NAMİZƏD AYGÜN SÜLEYMANLININ “DRONQO ...

    25-01-2020, 15:27

  • 
  • Deputatlığa namizəd olan iş adamı qanunları belə pozur - DSK hərəkətə keçməlidir

    Deputatlığa namizəd olan iş adamı qanunları belə ...

    13-01-2020, 13:57

  • 
  • Aygün Bəylər konsert verəcək

    Aygün Bəylər konsert verəcək ...

    30-12-2015, 17:40


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (546)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu