Kənd sakinləri - 1958-ci il təvəllüdlü Adil Əhmədov, onun həyat yoldaşı 1963-cü il təvəllüdlü Mərifət Xasıyeva, övladları - 1991-ci il təvəllüdlü Amil Əhmədov və 1997-ci il təvəllüdlü Sevanə Əhmədova qida zəhərlənməsi diaqnozu ilə Biləsuvar rayon Mərkəzi Xəstəxanasına daxil olublar.
Xəstəxanada onlara ilkin tibbi yardım göstərilib və daha sonra ailə üzvləri Bakıda yerləşən Klinik Tibbi Mərkəzə göndəriliblər.
Araşdırmalar zamanı müəyyən edilib ki, onlar evlərində pomidor turşusu yeyiblər. Bir qədər sonra özlərini pis hiss edən ailə üzvləri xəstəxanaya müraciət ediblər.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?