Ağ Ev ötən ilin sonunda ABŞ, İsrail və Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) İrana qarşı müttəfiqliyinin müzakirə olunduğu toplantıya ev sahibliyi edib.
“HaberGlobal”ın məlumatına görə, bu barədə ABŞ-ın “Axios” saytı israilli və amerikalı səlahiyyətlilərə istinadən xəbər yayıb.
Məlumata görə, Trampın kürəkəni və baş məsləhətçisi Cared Kuşner bu görüşün keçirilməsində xüsusi rol oynayıb.
Toplantıda ABŞ-ı Ağ Evin Milli Təhlükəsizlik müşaviri Robert Obrayn, köməkçisi Viktoria Koatez və ABŞ-ın İran üzrə xüsusi təmsilçisi Brayn Huk, İsraili Binyamin Netanyahunun Milli Təhlükəsizlik müşaviri Meir Ben Şabbat, BƏƏ-ni isə ölkənin Vaşinqtondakı səfiri Yusif əl-Otaiban təmsil edib.
Toplantı İsrail və BƏƏ arasındakı əlaqələri gücləndirmək məqsədi daşıyıb, bu iki dövlətin bir-birinə hücum etməməsi barədə də müzakirələr aparılıb.
Toplantı keçən il dekabrın 17-də keçirilsə də, məlumat indi yayılıb.
Sorğu
Yeni dizaynımız necədir?