Orta Şərqin çıbanbaşı sayılan BƏƏ-nin vəliəhd şahzadəsi Məhəmməd bin Zayedə yaxın iki şəxs casusluq və uşaq pornografiyası ilə günahlandırılır. İşadamı Raşid Malikin Abi Dabi adına Vaşinqtonda casusluqdan həbs olunduğu, Məhəmməd bin Zayedin məsləhətçisi Corc Naderin də uşaq pornografiyası cinayətindən mühakimə olunduğu ifadə edilib.
“The Intercept” xəbər saytına görə, Birləşmiş Ərəb Əmrliklərinin vətəndaşı işadamı Raşid Malikin Abi Dabi rəhbərliyi adına Vaşinqtonda casusluq etdiyi ifadə edilib. “The Intercept”-in keçmiş bir ABŞ səlahiyyətlisi və sənədlərə əsaslandırdığı xəbərində, Raşid Malikə BƏƏ kəşfiyyatı tərəfindən 2017 il ərzində ABŞ-da Donald Tramp rəhbərliyinin Orta Şərq siyasəti ilə bağlı məlumat toplaması qarşılığında aylıq yüz minlərlə dollar ödəndiyini ortaya qoyub. Xəbərdə, Malikin Qatar və Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman ilə ABŞ-lı səlahiyyətlilər arasında reallaşan görüşlərlə bağlı məlumatları BƏƏ kəşfiyyat qurumlarına ötürdüyü məlumatına yer verilib. “Hayah” şirkətlər qrupunun başçısı olan Malik keçən il ABŞ-da Rusiya istintaqı çərçivəsində xüsusi səlahiyyətli prokuror Robert Müllerin qrupu tərəfindən sorğulanmışdı. İstintaqın BƏƏ-nin qeyri-qanuni hədiyyələr yoluyla ABŞ xarici siyasətinə nüfuz etmə səyi çərçivəsində icra edildiyi ifadə edilirdi.
AZADLIQDA OLMASI TƏHLÜKƏLİDİR
Digər yandan, yenə Rusiya istintaqı çərçivəsində ABŞ-da nəzarətə alınan BƏƏ vəliəhd şahzadəsi Məhəmməd bin Zayedin məsləhətçisi, Livan əslli işadamı Corc Naderin də uşaq pornoqrafiyası cinayəti səbəbiylə həbsinin davamına qərar verilib. Corc Naderin telefonları ötən il ABŞ-a girişi əsnasında müsadirə olunmuş və telefonlarda bir çox cinsi məzmunlu fotoşəklə rast gəlinmişdi. Bundan sonra Nader həbs olunmuşdu. Keçən həftə Naderin həbssiz mühakimə olunma müraciətinin ABŞ-lı hakim tərəfindən "Azadlıqda olması təhlükəlidir" qərarıyla rədd edildiyi ortaya çıxıb. Nader məhkəmə nəticəsində günahkar olsa, ən az 15 il həbs cəzası alacaq.
Kuşnerə pul vermişlər
ABŞ prezidenti Donald Trampun kürəkəni və baş müşaviri Jared Kuşnerin əmlak şirkətinin 2017-dən bu yana əsrarəngiz xarici sərmayəçilərdən 90 milyon dollar sərmayə aldığı iddia edilib. İngilis “Guardian” qəzetində yer alan xəbərdə, söz mövzusu miqdarın şirkətlərin gizli məlumatlarını saxlamasıyla məşhur vergi cənnəti olaraq bilinən Cayman Adalarındakı Goldman Saçsa aid bir vasitəçi qurum üzərindən köçürüldüyü qeyd edilib. Xəbərdə, pulun böyük qisiminin Virgin Adalarından, qismən isə Səudiyyə Ərəbistanından gəldiyi iddia edilib. Kuşnerin Səudiyyə Ərəbistanı rəhbərliyindən vəliəhd şahzadə Məhəmməd bin Salman ilə yaxın əlaqəsi bilinir.
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?