GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » AĞRILARINA GÜLÜMSƏYƏN ADAM...

AĞRILARINA GÜLÜMSƏYƏN ADAM...

Tarix: 5-02-2020, 14:12 Bölmə :Cəmiyyət Baxış: 523
AĞRILARINA GÜLÜMSƏYƏN ADAM...


Mənim taleyim belə gətirib. Uşaqlıqda güllə səsləri altında oynamışam, yeniyetməlikdə atamın və əmimin həbsxana və məhkəmələri qarşısında oxumuşam, gəncliyimdə isə atamın və əmimin ağrılarına gülümsəyib, heç kimə bəlli etməməyinə şahid olmuşam.

Bir insan ən ağır ağrıları yaşaya yaşaya necə gülümsəməyi, necə əziyyətlərinə aldırmadığını göstərib ona atılan bütün böhtanların müqabilində gülümsəməyə davam edər?
Mən onları ən ağır müharibə illərində düşmənin mövqeyinin 200 metrliyində yerləşən baba evimizdə olduqları vəzifəli vaxtlarınıda görüb şahid olmuşam ki, ruhdan düşməyiblər. Mən onları ədalətsiz istintaq müddətlərində, ədalətsiz məhkəmə proseslərində də elə görmüşəm, mən onları son mənzilə doğru gedəndə də eyni gördüm. Heç kimə bəlli etmədən ağrını, acını yaşayıb, hamını arxeyin salıb sonra ölümə doğru yürüdülər... Bax belə DİMDİK!

AĞRILARINA GÜLÜMSƏYƏN ADAM...


Necə bir taledir ilahi? 2016-cı ilin fevralında atamı görmüşəm. 2020-ci ilin fevralında isə əmim ağır durumdadır. Mən çox üşümüşəm soyuqda. Atam həbs olunub evimizdə axtarış aparılan gündə çox soyuq idi. Evə buraxmamışdılar məni.. Əmim həbs olunan vaxtlarda çox soyuq idi.. Atamın vəziyyəti ağırlaşdığı gündə çox soyuq idi və dünəndə çox soyuq idi. Bu başqa günlərdə olan soyuqlardan çox başqadır. Fevral soyuğudu. Adamı elə bil daxildən tutur.
İsgəndər bəyin Türkiyədən əməliyyatdan qayıtdığı günlər idi. Evdə oturub söhbət edəndə gülümsünə gülümsünə qayıtdı ki, "həkimlər deyirlər ki, başqa adamlar əməliyyat olunandan sonra özlərinə gələ bilmirlər. Amma sən deyir gülür, yeriyirsən. Şəhriyar doğrudan bizim nəslimiz ağrımağını göstərə bilmir".
Amma bilirsiniz mənə ən təsir edən nə oldu? Xəstəxananın qarşısında onu bu ağır vaxtlarında Zakir əmim, atam olmadı. Elə bil burda da böyük qardaş vəzifəsini yerinə yetirmişdi. Zakir əmim haqq dünyasına gedəndə atam var idi, İsgəndər əmim orda idi. Atam rəhmətə gedəndə İsgəndər əmim yanımda idi. Amma O.. Amma İsgəndər əmim olduğu xəstəxanın qarşısında qardaşları yox idi.

AĞRILARINA GÜLÜMSƏYƏN ADAM...


Mən sənin ayağa qalxmağını istəyirəm Cənab General! Əzrail olsa belə təslim olma! Ömrümdə birinci dəfədi deyirəm inad elə İsgəndər Həmidov!
Ona böhtan atanlara, atamın xidmətlərini oğurlayanlara, özünü Tərtər batalyonunun komandiri elan edənlərə və bu hadisələri görüb susqunluqla üstündən keçənlərə deyirəm İsgəndər Həmidovun vəziyyəti ağırdır. O, daha ona böhtan atanların üzünə gülümsünməsiylə onları aldada bilməyəcək.
Onlar Azərbaycanın tarixidirlər. Milli Azadlıq Hərəkatının liderlərindən biri, 20 yanvardan sonra Bakatinin əlini bütün Daxili İşlər Nazirliyinin şəxsi heyəti qarşısında sıxmayıb: Sənin
əlin mənim xalqımın qanına batıb" deyən, Tərtərin müdafiəsini sonuna qədər təşkil edən, Ağdərənin düşməndən azad edilməsinin təşkilatçıları kimi, Tərtər Kəlbəcər yolunun açılmasını həyata keçirən, bir əsir verməyən, bir şəhidi kəfənsiz, mərmərsiz dəfn edilməyən Tərtəri qalaya çevirənlər. Onlar tarixdə qalacaqlar düşmənin Yevlaxa qədər irəliləyib Bakı- Qazax magistral yolunun bağlanmaqla Azərbaycanı təslimçi məğlubiyyətə düçar olmasına imkan verməyənlər kimi. Onlar tarixdə qalacaqlar heç bir zaman qiyamda, vəzifə davasında, mənfəət davasında iştirak etməyib sonuna qədər Azərbaycana sadiq qalanlar kimi. Daha neçə xidmətlərindən xəbərim yoxdu? Onlarla, yüzlərlə! Onlarıda siz, bu xidmətlərə şahid olanlar yazsın. Onlar həm də ən çox ədalətsizlik görənlər kimi tarixdə qalacaq. Ola bilər dərsliklərdə yazılmasın, ola bilər filmlərdə olmasın amma kiminsə yaddaşında, kiminsə söhbətində onlar belə qalacaqlar. Ey mənim qədirbilən, gözəl xalqım onlar səni çox sevib.

Şəhriyar Məcidzadə

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Xalq artistinin qızı: "Mənim bədbəxtçiliyimdə atamın rolu oldu"

    Xalq artistinin qızı: "Mənim ...

    13-01-2015, 22:40

  • 
  • Əməkdar artist: "Mən atamın tərbiyəsini almışam"

    Əməkdar artist: "Mən atamın tərbiyəsini ...

    12-01-2016, 13:03

  • 
  • 15 yaşında ana olmuşam

    15 yaşında ana olmuşam ...

    15-12-2015, 22:22

  • 
  • “İsmayıllı işi”ndə şahidlər dindirilib: “Məni atama dərman almağa gedəndə yolda tutdular”

    “İsmayıllı işi”ndə şahidlər dindirilib: “Məni ...

    21-01-2014, 16:02

  • 
  • Vidadi Zeynalovdan son söz - "Həbsxana mənim üçün ölümdür..."

    Vidadi Zeynalovdan son söz - "Həbsxana mənim ...

    19-07-2017, 13:07


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (481)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu