GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » “İsmayıllı işi”ndə şahidlər dindirilib: “Məni atama dərman almağa gedəndə yolda tutdular”

“İsmayıllı işi”ndə şahidlər dindirilib: “Məni atama dərman almağa gedəndə yolda tutdular”

Tarix: 21-01-2014, 16:02 Bölmə :Ölkə Baxış: 701
 “İsmayıllı işi”ndə şahidlər dindirilib: “Məni atama dərman almağa gedəndə yolda tutdular”
Bu gün “İsmayıllı işi”ndə növbəti məhkəməsi prosesi keçirilib. Təqsirləndirilən şəxslərin məhkəməyə gec gətirilməsi, eləcə də vəkillərin bir qisminin gecikməsi səbəbindən prosesin başladılması yubadılıb.

Nəticədə məhkəmə prosesi saat 10:30-da başlayıb. Bu dəfəki prosesdə şahidlər dindirilib. İlk olaraq, “Çıraq” otelinin qeydiyyat şöbəsində çalşan Vüsalə Həsənova şahid qismində ifadə verib. O, təqsirləndirilən şəxs Anar Həsənovdan başqa heç kəsi tanımadığını deyib.

Şahidlərdən Habil Abdullayev, Rahim Əliyev, Elton Əşrəfov, Xəyal Kərimov, Rəvan Osmanov, Vüsal Sabirli, Taleh Muradlı, Yüsif Səlimov, Sübhan Əzimov, Ramil Cavadov və Bəhruz Həşimov İsmayıllıdan olan təqsirləndirilən şəxsləri tanıdıqlarını, hadisə vaxtı onları orada görmədiklərini və Müsavat Partiyası başqanının müavini, “Yeni Müsavat” qəzetinin köşə yazarı Tofiq Yaqublunu və REAL Hərəkatının sədri İlqar Məmmədovu görmədüklərini və tanımadıqlarını deyiblər. Tofiq Yaqublunun vəkili Nemət Kərimli 100 nəfər şahidin olduğunun qeyd edib. Həmin şahidlərdən cəmisi 21 nəfəri dindirilib.

Şahid Baba Kərimov öz ifadəsində bunları deyib:

- Təqsirləndirilən şəxsləri rayon sakini olduqları üçün tanıyıram. Tofiq Yaqublu və İlqar Məmmədovu tanımıram və görməmişəm. Mən hadisə vaxtı evdə idim. Yanvarın 24-də gecə saat 2-də Kəpənək dairəsində camaat var idi. Amma polis işçiləri daha çox idi. “Çıraq” otelin yandırılmasını isə görməmişəm.

Şahid Pərviz Bağırov:

- Təqsirləndirlən şəxsləri Tofiq Yaqublu və İlqar Məmmədov istisna olmaqla, üzdən tanıyıram. Mənim evim otelin yaxınlığında yerləşir. Özüm taksi sürücüsüyəm. Yanğın baş verməzdən əvvəl Emil Şəmdinov İsmayıllıları təhqir etdi və camaat da buna etiraz etməyə başladı. Ondan sonra nələr baş verdi, bilmirəm. Elə otelin yandığını da evimdən görmüşəm.

Şahid Şöhrət Nəzərov:

- Təqsirləndirilən şəxsləri rayon sakini olduqları üçün tanıyıram. Bu şəxslərlə heç bir düşmənçiliyim yoxdur. Amma Tofiq Yaqublu və İlqar Məmmədovu heç vaxt görməmişəm və tanımıram. Hadisə vaxtı, 23 yanvarda mən dükanda işləyirdim. Gördüm ki, ağ xarici maşın sürətlə mənim üstümə tərəf gəlir. Tez kənara çəkildim. Sonra həmin maşın 07 ilə toqquşdu. Xarici maşınını sürən Emil Şəmdinov maşından düşərək, “kimindir, bu maşın...” - deyə qışqırdı. Həmin 07-nin sahibi Ramin gəldi ki, mənim maşınımdır, heç nə olmaz. Sonra dava elə orada başladı. Emil Raminin gözünə yumruqla vurdu. Sonra müdiryyət bizə dükanı tapşırdı, biz də bağlayıb, getdik.

Şahid Xəyyam Heydərov:

- Təqsirləndirilən şəxsləri rayon camaatı kimi tanıyıram. Bu şəxslərlə heç bir düşmənçiliyim yoxdur. Amma Tofiq Yaqublu və İlqar Məmmədovu heç vaxt görməmişəm, tanımıram. Hadisə vaxtı, yanvarın 23-də evdə idim, yatırdım. Rayonda baş verənləri isə səhər eşitmişəm. Məni də yanvarın 24-də siqaret alıb, qayıdanda tutdular.

Hakim saat 11:10-da fasilə elan edib. 10 dəqiqəlik fasilədən sonra digər şahidlər də dindirilib.

Şahid Əlyar Cəfərov:

- Rayon sakini kimi İsmyaıllıdan olan dustaqları tanıyıram. Tofiq Yaqublu və İlqar Məmmədovu görməmişəm, tanımıram. Yanvarın 23-də Kəpənək dairəsində mən taksidən enərkən kameraya düşmüşəm. Yanvarın 24-də səhər saat 10-11 arası məni tutub, apardılar.

Şahid danışarkən hakim R.Hüseynov onun əvvəl verdiyi izahatla indiki danışdıqları arasında ziddiyyətin olduğunu qeyd edib: “Əlyar Cəfərov, sən öz izahatında həmin hadisələri görüb, videoya çəkdiyini demisən.”

Əlyar Cəfərov əvvəlcə bunu inkar etsə də, izahat oxunduqdan sonra, fikirlərin ona aid olduğunu təsdiqləyib: “Bəli, gördüyüm hadisələri videoya çəkdim. Sonra aparıb, evdəkilərə göstərdim. Evdə “başına bir iş gələr” - deyə videonu sildirdilər”.

Şahid Orxan Lətifli:

- Təqsirləndirilən şəxslərin heç birini tanımıram. Hadisə bizim evimizin qarşısında baş verib. 10-15 dəqiqə orada oldum, sonra atam gəlib, məni apardı.

Şahid Elxan Mikayılov:

- İsmayıllıdan olan təqsirləndirilən şəxslərin çoxunu tanıyıram. Yanvarın 24-də saat 7-8 radələrində evə gəldim. Atamın səhhəti pisləşmişdi, beyninə qan sızmışdı. Tez evdən çıxıb, dərman almağa getdim. Elə oradaca saat 9-10 arası camaatın içərisində məni tutub, apardılar. 10 sutka da iş verdilər.

Məhkəmə 14:30-da nahar fasiləsi verənə qədər 20 şahid dindirilib.

Nərgiz Yaqublu
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • "İsmayıllı işi"nin məhkəməsi başlandı (Yenilənib)

    "İsmayıllı işi"nin məhkəməsi başlandı ...

    8-01-2014, 12:17

  • 
  • “İsmayıllı işi”ndə üzəduran polis rəisinin müavini yalan danışmaqda suçlanıb

    “İsmayıllı işi”ndə üzəduran polis rəisinin ...

    3-02-2014, 20:51

  • 
  • “Çıraq” otelinin inzibatçısına 9 il 6 ay həbs verilib

    “Çıraq” otelinin inzibatçısına 9 il 6 ay həbs ...

    11-12-2013, 16:42

  • 
  • Füzuli Ələkbərovun oğlu "İsmayıllı məhkəməsi"ndə ifadə verdi

    Füzuli Ələkbərovun oğlu "İsmayıllı ...

    10-02-2014, 13:32

  • 
  • “İsmayıllı işi”ndə şok işgəncə faktları açıldı  - (Yenilənib)

    “İsmayıllı işi”ndə şok işgəncə faktları açıldı - ...

    24-12-2013, 22:40


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (253)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı Antivirusdan istiafdə edirsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu