Elmi-Tədqiqat Ağciyər Xəstəlikləri İnstitutunda (ET ACXİ) ötən il ərzində 114 ölüm faktı qeydə alınıb.
Son günlər Ağciyər İnstitutunda ard-arda bir neçə ölüm halları baş veib.
Qeyd edək ki, bütün bunlara baxmayaraq, ET ACXİ-da ötən dörd il ilə müqayisədə cari il üçün qeydə alınan ölüm hallarında azalma müşahidə edilir.
Belə ki, ET ACXİ-da 2016 ildə 134, 2017-ci ildə 103, 2018-ci ildə 102, 2019-cu ildə 114 ölüm halı baş verib.
Cari ilin yanvar ayında qeydə alınan ölüm halları isə ötən dörd ilin müvafiq dövrü ilə müqayisədə artıb.
Belə ki, 2016-ci ilin yanvar ayı ərzində 14, 2017-ci ilin yanvar ayı ərzində 14, 2018-ci ilin yanvar ayı ərzində 11, 2019-cu ilin yanvar ayı ərzində 6 ölüm faktı qeydə alındığı halda, cari ilin yanvar ayı üçün bu rəqəm 19 olub.//oxu.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?