GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Azərbaycan gömrüyündə “qızıl” qayda

Azərbaycan gömrüyündə “qızıl” qayda

Tarix: 6-02-2020, 15:18 Bölmə :Cəmiyyət Baxış: 440
Azərbaycan gömrüyündə “qızıl” qayda


Son 5 ildə Azərbaycana qeyri-leqal yolla 800 milyon dollar dəyərində zərgərlik məmulatı gətirilib. Bu iddiaya əsas DGK ilə BMT-nin "Comtrade” məlumat bazasında açıqlanan rəsmi informasiyalardır.

Bir il öncə, dekabrın 27-də mətbuat nümayəndələri ilə görüşdə "Ölkədə inhisarçılığın bir faizini göstərsəniz, mən istefa verərəm” deyən Dövlət Gömrük Komitəsi DGK sədri Səfər Mehdiyev "gömrük məntəqələrində itən” qızılların taleyi barədə MeydanTV-nin sorğusuna cavab verməyib.

Rəsmi statistikaya görə, 2018-ci ildə zərgərlik məmulatının pərakəndə ticarət şəbəkəsində satış həcmi 356,6 milyon manat (210 milyon dollar), son 4 ildə - 1,2 milyard manat (730 milyon ABŞ dolları) olub. İl ərzində yerli zərgərlərin əlindən çıxan 5 milyon manatlıq zinət əşyaları satılıb. Bunu da Dövlət Statistika Komitəsi açıqlayıb.

Gömrük orqanları isə 2018-ci ildə ötən il ölkəyə satış məqsədilə 14,5 milyon dollarlıq, yəni təxminən 25 milyon manat dəyərində zərgərlik məmulatının gətirildiyi barədə hesabat verib. Başqa sözlə, bir il ərzində bazara leqal yolla toplam 30 milyon manatlıq zərgərlik məmulatı daxil olub. O zaman sual yaranır: iki dövlət qurumunun təqdim etdiyi rəqəmlər arasındakı 11,5 dəfəlik fərq necə yaranıb?

Azərbaycan gömrüyündə nəsə qaydasında deyil...

2015-ci ildə manatın devalvasiyasından az sonra gömrük orqanlarının fəaliyyətində şəffaflaşma meylləri müşahidə olunmağa başladı. DGK-da xidmətlərin elektronlaşması məmur-sahibkar təmasını azaltdı. Nəticə özünü çox gözlətmədi: gömrük daxilolmaları, bəyan olunan idxal mallarının gömrük qiyməti və həcmi yüksəldi. Lakin təhlil göstərir ki, hələ də bəzi mal çeşidləri leqallaşmadan kənarda saxlanılır. Parıltısı göz qamaşdıran qızıl və daş-qaş kimi...

DGK-nın malların idxal və ixracına dair illik hesabatlarına görə, 2015-2018-ci illərdə müxtəlif ölkələrdən (Böyük Britaniya, İsveçrə, İtaliya, Fransa, ABŞ və s.) Azərbaycana 31,3 mln. ABŞ dolları dəyərində zərgərlik məmulatı gətirilib. İxracatçı ölkələrın isə son 4 ildə Azərbaycana 655,8 mln. dollar dəyərində qızıl-zinət əşyaları göndərdiyi BMT-nin İqtisadi və Sosial İşlər İdarəsi (UN Comtrade) vasitəsilə açıqlanıb. Fərq 20 dəfə təşkil edir.

Bu, gömrük rüsumu (15%), əlavə dəyər vergisi (18%) və aksizlər (əyarından asılı olaraq hər qramı üçün 1,5 manatdan 6 manatadək) şəklində dövlət büdcəsindən potensial olaraq yayındırılan, azı, 100 milyon dollar deməkdir. Göründüyü kimi, Azərbaycan gömrüyündə nəsə qaydasında deyil...

Ayrı-ayrı ölkələrin nümunəsində aparılan təhlil qızıl-zinət əşyalarının qaçaqmal yolu ilə ölkəyə gətirilməsini bariz şəkildə təsdiq edir. Gömrük islahatları aparılan dövrdə (2015-2018-ci illər) BƏƏ-dən Azərbaycana 21,2 milyon dollar dəyərində 481 kq zinət əşyaları göndərildiyi açıqlansa da, Azərbaycan gömrüyündən bunun 54 min dollarlıq hissəsi rəsmi yolla keçirilib. Son 4 ildə Azərbaycana Böyük Britaniya mənşəli 412 milyon dollar dəyərində qızıl-zinət əşyaları yola salınıb. Gömrükçülər Azərbaycan sərhədində bunun 1 milyon 624 min dollarlıq hissəsini vergi və rüsumlara cəlb etməyə "nail olublar”.

2018-ci ildə Britaniyadan Azərbaycana 43,6 milyon dollar, Türkiyədən - 34,3 milyon dollar, İsveçrədən - 6,2 milyon dollar, İtaliyadan – 5,9 miyon dollar, digər ölkələr də daxil olmaqla 102 milyon dollar dəyərində zərgərlik məmulatı göndərilib. Qızıl məmulatı ticarətçiləri təkcə Türkiyədən 1437 kiloqram, İtaliyadan – 75 kq, İsveçrədən -30 kq, Birləşmiş Ərəb Əmirliklərindən – 70 kq qızıl-zinət əşyaları gətiriblər. Bu, ixracatçı ölkələrin təqdim etdikləri məlumatdır. Azərbaycan gömrüyündə bunun vur-tut 11,7 milyon dollar dəyərində 89,8 kiloqramı rəsmiləşdirilib.

Ekspert: rüşvət müqabilində vergiyə cəlb olunmur

Azərbaycana ixrac olunan qızıl və digər zinət əşyaları barədə ziddiyyətli məlumatlar 2019-cu ildə də davam edib. Doqquz ay ərzində Azərbaycan təkcə İsveçrə, Böyük Britaniya, BƏƏ, Türkiyə, İspaniya, İtaliya, İsrail və Belçikadan 50 milyon dollar dəyərində zinət əşyaları satın alıb. Bu ölkələr də daxil olmaqla Azərbaycan bu dövrdə həm də Almaniya, BƏƏ, Honkonq, Fransa, Hindistan, Malayziya və Tailanddan 7,6 milyon dollar dəyərində qızıl məmulatının idxal etdiyini açıqlayıb. Bu hesabla 9 ayda yalnız gömrük rüsumu və ƏDV üzrə potensial olaraq dövlət büdcəsindən 16 milyon dollar (27 milyon manat) yayındırılıb.

"Aydın məsələdir ki, zinət əşyalarının böyük partiyalarla idxalı həm gömrük, həm də xüsusi xidmət orqanlarının nəzarətindən kənarda deyil. O zaman necə ola bilər ki, digər nəzarət qurumlarının, o cümlədən vergi orqanlarının gözləri qarşısında illərdir ki, bu sahədə qeyri-qanuni pullar dövr edir”, deyə müstəqil iqtisadçı Qubad İbadoğlu sual edir. MeydanTV-yə danışan iqtisadçının fikrincə, zərgərlik məmulatının idxalı ilə çoxlu sayda ticarətçilər məşğul olur və ölkəyə gətirilən malın əhəmiyyətli hissəsi rüşvət müqabilində vergiyə cəlb olunmur.

Gömrük qapılarından keçən qızıl məmulatının aşağı miqdarda əks olunması təkcə idxal göstəricilərində özünü göstərmir. UN Comtrade-in məlumatlarına görə, xarici bazarlara heç də az həcmdə Azərbaycan malı olan zinət əşyaları çıxarılmır. İsveçrə, İtaliya, Fransa, Böyük Britaniya, BƏƏ, Türkiyə, ABŞ və Gürcüstan 2015-2018-ci illərdə Azərbaycandan aldıqları qızıl məmulatını 51,6 milyon dollar dəyərində qiymətləndiriblər. Yuxarıda qeyd olunduğu kimi, Azərbaycanda leqal yolla istehsal olunan zərgərlik məmulatının illik dəyəri 5 milyon manatı (2,9 milyon ABŞ dolları) keçmir. DGK-nın məlumatlarına görə isə, son dörd ildə Azərbaycan gömrüyünə bəyan edilməklə ölkədən çıxarılan zinət əşyalarının toplam dəyəri 1 milyon dollara çatmır. Bu rəqəmlərdə ifadə olunan kəskin fərq dolayısıyla zərgərlik sənayesində kölgə iqtisadiyyatının kök saldığını təsdiq edən dəlillərdəndir.

"Yaxın vaxtlarda hər şey dəyişəcək”

Mərkəzi Univermaqda zərgərlik məmulatı dükanlarından birinin adının çəkilməsini istəməyən sahibi MeydanTV-yə qızıl-zinət əşyalarının Azərbaycana daxil olması sxemini açıqlayıb:

"Bu, elə bir biznes sahəsidir ki, hər manat nəzarət altındadır. Piştaxtada gördüyünüz malları çeşidlər üzrə Türkiyədəki şirkətə sifariş verir, pulunu bank hesabına köçürüb alırıq. Həmin şirkətin nümayəndəsi Bakı aeroportunda oturur. Malı təyyarə ilə gətirib gömrükdə bizə təhvil verir. Mala cavabdeh də odur. Biz nə satırıqsa, onun vergisini veririk”. Sahibkar gömrük rəsmiləşdirilməsindəki problemlərdən "yuxarıların” da xəbərinin olduğunu deyir: "Malın üstünə 36 faiz ƏDV və rüsum gələndən sonra əlbəttə ki, o qiymətə alıcı tapmaq çətinləşəcək. Odur ki, hərə bir yol axtarıb tapır. Yaxın vaxtlarda isə hər şey dəyişəcək. Rüsumlar aşağı salınacaq. Leqallaşdırmaya nail olmaqdan ötrü başqa yol yoxdur”.

Elə zərgərlik məmulatının istehsalı sahəsi də dəyişikliklərin astanasındadır. 2019-cu ilin yanvarında "AR-də bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında” Maliyyə Nazirliyinin Qiymətli Metallar və Qiymətli Daşlara Nəzarət Dövlət Xidməti ləğv edilib. Nəticədə qızıla əyarın qoyulması başlı-başına qalıb. Bakıda kiçik sexlərdən birində zərgərlik edən Eldar Məmmədzadə deyir ki, artıq neçə aydır İqtisadiyyat Nazirliyi və "AzerGold” ASC bu sahədə olan problemləri araşdırmaqla məşğuldur:

"Zərgərlərlə bir neçə görüş olub. Müzakirələrdən belə başa düşürəm ki, Türkiyədəki özünütənzimləmə sistemini burada tətbiq etmək nəzərdə tutulur. Zərgərlərin ictimai birliyi təsis olunacaq. Sağlam rəqabət mühitinin yaradılması, bazara nəzarətin həyata keçirilməsi ilə o məşğul olacaq. Üstəlik, zərgərlik sənətini stimullaşdırmaq üçün vergi güzəştləri haqda söhbət də gəzir”.

İdxal olunan, dəyəri yüz milyonlarla dollar dəyərində zərgərlik məmulatının Azərbaycana hansı kanallarla daxil olması haqda sualları Dövlət Gömrük Komitəsində və Vergilər Nazirliyində cavabsız qoyublar.//Meydan.tv
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Moskvada zərgərlik mağazasına basqın edən iki Azərbaycan vətəndaşı tutulub

    Moskvada zərgərlik mağazasına basqın edən iki ...

    19-03-2018, 10:55

  • 
  • Aydın Əliyevdən korrupsiya etrafı

    Aydın Əliyevdən korrupsiya etrafı ...

    11-01-2013, 11:02

  • 
  • Gömrükdə külli miqdarda zinət əşyaları müsadirə olundu

    Gömrükdə külli miqdarda zinət əşyaları müsadirə ...

    29-05-2018, 11:56

  • 
  • Azərbaycana qanunsuz yolla zərgərlik məmulatlarının keçirilməsinin qarşısı alınıb

    Azərbaycana qanunsuz yolla zərgərlik ...

    11-12-2019, 11:27

  • 
  • Neftdənkənar ixracat 30 milyon dollar azalıb

    Neftdənkənar ixracat 30 milyon dollar azalıb ...

    16-02-2017, 22:09


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (472)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yay istirahətini harada keçirmək niyyətindəsiniz?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu