“Yüksəliş” müsabiqəsinin qalibləri dövlət qulluğuna imtahansız qəbul ediləcək.
Bunu “Yüksəliş” müsabiqəsi ilə bağlı yaradılan İşçi qrupun rəhbəri Fərhad Hacıyev “Yüksəliş” müsabiqəsinin qeydiyyat mərhələsinin yekunlarına dair mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin keçirdiyi dövlət qulluğuna qəbul qaydalarına dəyişiklik ediləcək:
“Yüksəliş” müsabiqəsinin hər bir qalibinə ayrılacaq 20 min manat qrantın 10 min manatı mütləq müsabiqə bitəndən sonra bir il ərzində təhsilə xərclənməlidir. Müsabiqənin qalibləri kadrların ehtiyat bankına daxil ediləcək.
Həmin şəxslərin uzun müddət kadr bankında qalacağına inanmıram. Bu gün ölkədə aparılan islahatları da nəzərə alsaq, yəqin ki, onlar qısa müddətlə müvafiq işlə təmin olunacaqlar. Hətta bəzi qurumlar var ki, nəinki qaliblər, finala çıxacaq namizədlərlə belə işləmək istədiklərini ifadə ediblər.
Müsabiqənin qalibləri üçün sonradan dövlət qulluğuna qəbul üçün imtahan tələb olunmayacaq. Biz bu barədə Dövlət İmtahan Mərkəzinin sədri Məleykə Abbaszadə ilə də danışmışıq. Yəqin ki, bununla əlaqədar dövlət qulluğuna qəbul qaydalarında dəyişiklik də ediləcək”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?