9 fevral növbədənkənar seçkilərin nəticələrinə etiraz edən REAL Partiyası seçkilərdən bir gün sonra fevralın 16-na mitinq təyin edib.
Gundemxeber.Az xəbər verir ki, aksiyanın təşkilatçıları isə Müsavat Partiyası, REAL, D18 Hərəkatı və müstəqil namizədlərdir.
Bununla bağlı Bakı Şəhər İcra Hakimiyyətinə yazılı müraciət edən təşkilatçılara bu gün “yox” cavabı verilib. Bu barədə açıqlama verən Fərəc Kərimli bildirib ki, əvvəlki mitinq müraciətlərinə alternativ yerlər göstərən Hcra Hakimiyyəti bu dəfə birdəfəlik imtina etdi. “Dünən bir qrup namizəd və fəallarla MSK qarşısında etdiyimiz etiraz, gənclərin saxtakarlığa qarşı hərəkətə gəlməsi belə tez-tələsik qərar vermələrinə səbəb oldu. Təşkilatçı dostlarımızla toplaşıb hansı addımları atacağımızı müzakirə edəcəyik. Mübarizəyə davam!”
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?