MSK tərəfindən müşahidəçi olduğumuz 18 saylı Nərimanov-Nizami seçki dairəsində total saxtakarlığın şahidi olduq və bu barədə 9 nəfər MSK müşahidəçisinin imzası ilə MSK sədri Məzahir Pənahova da yazılı məlumat verdik.
Lakin 18-ci dairədə mənim diqqətimi cəlb edən bir sual oldu. Niyə bu qədər saxtakarlıqlar məhz Rasim Musabəyova görə edilməlidir? Araşdırdım və məlum oldu ki, məsələnin kökü 102 il əvvələ dayanır. Belə ki, hələ 1918-ci ilin martında Bakıda ermənilərin törətdiyi soyqırım qırğınları zamanı Azərbaycanın müstəqilliyinin əleyhinə Rusiya tərəfindən yaradılmış Bakı Kommunasının sədri daşnak Stepan Şaumyan Rasim Musabəyovun babası Qəzənfər Musabəyovu Bakının komendantı təyin edib. Mənim üçün qaranlıq qalan daha bir məsələni anlamaq istəyirəm. Bütün ölkə bilir ki, seçkilər başlamazdan əvvəl xalqa dəyişməliyik iradəsi nümayiş etdirən İlham Əliyevin iradəsindən kənar keçirildi. Eyni zamanda, hamıya bəllidir ki, seçkilərə nəzarət və rəqabət, hakimiyyətdəki iki qüvvənin arasında gedir. Gənclər və qocalar. Elə qaranlıq məqamlarda buradadır.
Erməni daşnaklarının əmrində olub Bakı qırğınlarına bilavasitə rəhbərlik etmiş Qəzənfər Musabəyovun nəvəsi, Rasim Musabəyovun qəyyumu bu iki qüvvədən hansıdır.?!
P.S. Jirinovskinin,ortalıqda gəzən " Azərbaycan parlamentinə milli qüvvələri qoymarıq" sözü, həqiqətə oxşayır.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?