Dünən Ermənistan silahlı qüvvələrinin bölmələrinin Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törətməsi nəticəsində şəhid olan Vəliyev İbrahim Ələmşah oğlu ilə vida mərasimi keçirilib.
Vida mərasimi Zərdab Rayon Su-Meliorasiya İdarəsinin binasının həyətində keçirilib.
Vida mərasimində şəhidin ailə üzvləri, Dövlət Sərhəd Xidmətinin nümayəndələri, Zərdab Rayon İcra Hakimiyyətinin rəhbərliyi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Zərdab və Kəlbəcər rayon şöbələrinin əməkdaşları, ictimaiyyət nümayəndələri iştirak ediblər.
◀▶ Vida mərasimindən sonra şəhid İbrahim Vəliyev Zərdabın Gəlmə kənd qəbiristanlığında dəfn olunub.
* * *23:40
Ermənistan silahlı qüvvələrinin bölmələrinin təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozması nəticəsində şəhid olan sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlunun nəşi dəfn olunacağı Zərdab rayonuna gətirilib.
Şəhidimiz sabah dəfn olunacaq.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədindəki təmas xəttində növbəti dəfə atəşkəs rejimini kobud şəkildə pozmaqla təxribat törədib.
Bu gün saat 07:00 radələrində Ermənistan silahlı qüvvələrinin Noyemberyan rayonunun Koti kəndi yaxınlığında yerləşən bölmələrindən Qazax rayonunun Quşçu Ayrım kəndi istiqamətindəki sərhəd döyüş məntəqəsinə diversiya cəhdinin qarşısı alınıb, ciddi itkilər verməyə məcbur olmuş düşmənin bir zabiti ağır yaralanıb, digər hərbi qulluqçusu öldürülüb.
Düşmənin diversiya qrupunun qumbaraatan və digər iriçaplı silahların tətbiqi ilə baş verən təxribatının qarşısı alınarkən sərhədçi əsgər Vəliyev İbrahim Ələmşah oğlu qəhrəmancasına şəhid olub. (oxu.az)
Sorğu
Yeni dizaynımız necədir?