Çinin Moskvadakı səfiri Çjan Janhuey koronavirus barədə sevindirici xəbər verib.
Gundemxeber.az-ın xəbərinə görə, o Rusiya mətbuatına müsahibəsində bildirib ki, Çinin elm adamları koronavirus əleyhinə peyvənd hazırlayıblar. Lakin son testlər həyata keçiriləndən sonra peyvəndin istifadəsinə başlanılacaq. Onun sözlərinə görə, ilk testlər uğurlu nəticə verib. Peyvəndin virusa qarşı effektli olduğu təsdiqini tapıb. Diplomatın sözlərinə görə, fevral ayının sonuna qədər Çində fövqəladə hal aradan qalxacaq. Həyat əvvəlki kimi normala dönəcək. Diplomat peyvəndi ərsəyə gətirən elm adamları arasında iki rusiyalının da olduğunu bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?