GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » "Lady Sharm" mağazalarının sahibi olan qardaşlardan ikisi ölkədən qaçıbmış - iki qardaş da həbsdədir

"Lady Sharm" mağazalarının sahibi olan qardaşlardan ikisi ölkədən qaçıbmış - iki qardaş da həbsdədir

Tarix: 29-02-2020, 16:42 Bölmə :Cəmiyyət Baxış: 1 175
"Lady Sharm" mağazalarının sahibi olan qardaşlardan ikisi ölkədən qaçıbmış - iki qardaş da həbsdədir


“Lady Sharm” mağazalar şəbəkələrinin vəzifəli şəxsləri növbəti dəfə hakim qarşısına çıxarılıb.
Musavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində Elnur İsmayılov, Ziyarət Abbasov və Səməd İsmayılovun cinayət işi üzrə məhkəmə iclası davam etdirilir. İşə Hakim Faiq Qəniyevin sədrliyi ilə baxılır.


Həbs edilən qardaşlar- Səməd və Elnur İsmayılovların iki qardaşı da axtarışdadır.

Onların ölkədən qaçdığı bildirilir. Məlumata görə, Rövşən və Emil İsmayılov qardaşları sahib olduqları "Lady Sharm" mağazalar şəbəkəsi ətrafında başlayan əməliyyatlar zamanı ölkəni tərk ediblər. Onlar barəsində axtarış elan edilib.

Xatırladaq ki, bu iş üzrə yeganə zərərçəkmiş şəxs Cəmilə Məmmədovadır.

İttihamda göstərilir ki, təqsirləndirilən şəxslər ayrı-ayrı firmaların əmtəə nişanından istifadə ediblər. Aşağı və orta keyfiyyətli, sex şəraitində hazırlanmış malları müxtəlif brend mallar adı altında müştərilərə satıblar.

Rəsmi ittihamda yazılır ki, "Lady Sharm" MMC-yə daxil olan mağazalar şəbəkəsinin direktoru Elnur İsmayılov olub. Onun rəhbərliyi ilə mallar Sədərək Ticarət Mərkəzindəki anbarda yığılıb. Mallara saxta etikletlər vuraraq MMC-yə məxsus paytaxtın müxtəlif ünvanlarında yerləşən mağazalarında satışa çıxarıblar.

İttihamda göstərilir ki, təqsirləndirilən şəxslər bu əməlləri ilə 6 milyon manatdan artıq vergini büdcədən yayındırıblar.

Bu iş üzrə zərərçəkmiş şəxs olan Cəmilə Məmmədovaya isə 1046 manat zərər dəydiyi elan edilib.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 197-ci (əmtəə nişanlarından qanunsuz istifadə etmə), 178 (dələduzluq), 213-cü (vergiləri, işsizlikdən sığorta və ya məcburi dövlət sosial sığorta haqlarını ödəməkdən yayınma) maddələri ilə ittiham irəli sürülüb.

Elan olunmuş ittihamla təqsirləndirilən şəxslərdən heç biri özünü təqsirli bilməyib. Zərərçəkmiş Cəmilə Məmmədova deyib ki, "Lady Sharm" mağazalar şəbəkəsinin "Memar Əcəmi" metrostansiyasının yaxınlığındakı filialında bir neçə mal alıb. O, mağazaya 1046 manat ödəyib.

Cəmil Məmmədova söyləyib ki, evə qayıtdıqdan sonra aldığı malların üzərində iki etiket görüb. Etiketlərdən birində malın Türkiyə, birində isə İtalya istehsalı olduğu yazıldığını görüb.

Təqsirləndirilənlərdən Səməd İsmayılov isə deyib ki, şirkət ailə şirkətləri olub və halal iş görüblər:

"Halal biznesimiz, işimiz olub. Amma təəssüf ki, belə bir ittihamla saxlanıldıq. Bizim anbardan bəzi brendlərin etiketlərinin çıxmasına aydınlıq gətirmək istəyirəm. Qeyd edim ki, biz daha əvvəl həmin brend markaların mallarını satmışıq. Həmin ərəfədə etiketləri gətirmişdik ki, malların üzərindən etiketi qopan, keyfiyyəti itənləri dəyişək. O zamandan da həmin etiketlər orada qalıb. Bu işdə hamısını gətirib ortaya qoydular ki, guya onları malların üstünə vurmuşuq. Halbuki mağazaların heç birindən həmin etikletlər olan mallar çıxmadı.

Bizə istintaq zamanı məlum oldu ki, bu işdə zərərçəkmiş xanım bizdən mal almamışdan əvvəl Baş Mütəşəkkil Cinayətkarlığa qarşı Mübarizə İdarəsinin əməkdaşları bizi izləyib".

Suallara cavab verən Səməd İsmayılov söyləyib ki, mağazalara işçi qəbuluna, işçilərə maaş verilməsinə özü nəzarət edib. O qeyd edib ki, mağazalardakı gündəlik gəliri özü yığıb.

Prokurorun "qazanc konkret olaraq kimdə olurdu və gəlir qardaşlar, ailə üzvləri arasında necə bölünürdü" sualına Səməd İsmayılov belə izah verib:

"Ailəmizdə maliyyə məsələsi ilə bağlı heç bir problem olmayıb. Pul həmişə məndə olurdu. Karqolara, işçilərə və digər borcları özüm ödəyirdim. Puldan da ailə üzvlərindən kimə nə lazım olurdusa, götürürdü. Hər gün pulları mən yığırdım. Kassaya baxanlar çek hesabı ilə gündəlik pulu mənə çatdırırdılar".

Xatırladaq ki, bu işlə bağlı Daxili İşlər Nazirliyi rəsmi məlumat yaymışdı.

Məlumatda bildirilirdi ki, şirkətin sahiblərindən biri, Cəlilabad rayon sakini Elnur İsmayılov, həmin şirkətin baş mühasibi Ziyarət Abbasov, şirkətin məsul əməkdaşları Valeh Qarayev və Fuad Əlizadə saxlanılaraq istintaqa təqdim ediliblər.

Amma məhkəmədə Valeh Qarayev və Fuad Əlizadənin həbsdə olmadığı məlum olub. Rəsmi məlumatda göstəriləndən fərqli olaraq Səməd Ismayılov həbs edilib.

Ötən il yayılan rəsmi məlumatda yazılır ki, araşdırma zamanı müəyyən edilib ki, qeyd edilən mağazalarda satışa çıxarılan Çin Xalq Respublikasında istehsal edilən aşağı keyfiyyətli paltarların etiketləri “Lady Sharm”ın gizli sexlərində dəyişdirilib.

Həmin paltarlara “Chanel”, “Fendi”, “Dolce & Gabbana”, “Valentino”, “Chiristian Dior”, “İtterre” və digər dünyaca məhşur brendlərinin saxta etiketləri tikilərək dəyərindən dəfələrlə baha qiymətə mağazalarda müştərilərə təqdim edilib.

“Lady Sharm”ın fəaliyyət göstərən 12 mağazasında yoxlama aparılan zaman etiketləri dəyişdirilən saxta geyim əşyaları və xəz dəri məhsulları aşkar edilərək maddi sübut kimi götürülüb.

Əməliyyat tədbirlərinin davamı olaraq “Lady Sharm” mağazalar şəbəkəsinin paytaxt ərazisində fəaliyyət göstərən gizli tikiş sexi və anbarı da aşkar edilib.

Həmin sexə baxış zamanı külli miqdarda saxta paltarlar, Türkiyə, İtaliya və Avropanın digər ölkələrinin geyim markalarının adları yazılmış əmtəə nişanları, həmçinin etiketlərinin hazırlanması üçün nəzərdə tutulan xüsusi avadanlıqlar aşkar olunaraq götürülüb və dövriyyədən çıxarılıb.

Araşdırmalarla həmçinin “Lady Sharm” şirkətinin paytaxtda fəaliyyət göstərən sexində tikilən yerli məhsullara da saxta “Made in Turkey” və “Made in İtaly” nişanları tikildiyi məlum olub.

Şirkətin anbarlarına baxış zamanı polis əməkdaşları “Lady Sharm”ın “qara” mühasibatlıqlarn aparıldığı və sistem idarəçiliyi xarici ölkələrdə olan kompüter avadanlıqları və onların içərisində olan istintaq üçün zəruri olan şirkətin gizli maliyyə hesabatlarını da əldə ediblər.

Həyata keçirilən zəruri əməliyyat-istintaq tədbirləri ilə “Lady Sharm” bu illər ərzində büdcədən milyonlarla manat vəsait yayındırdığı məlum olub.//musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Polis “Lady Sharm” mağazalar şəbəkəsində xüsusi əməliyyat keçirib, tutulanlar var - YENİLƏNİB

    Polis “Lady Sharm” mağazalar şəbəkəsində xüsusi ...

    4-02-2019, 19:10

  • 
  • Özəl mühafizə xidmətinin sabiq bölmə rəisinin məhkəməsi davam etdirilib

    Özəl mühafizə xidmətinin sabiq bölmə rəisinin ...

    19-09-2017, 11:30

  • 
  • Aşıq Namiq 54500 manatını və təqsirləndirilənlərin həbsini istədi

    Aşıq Namiq 54500 manatını və ...

    7-02-2018, 12:56

  • 
  • Ziya Məmmədovun qardaşı oğluna maşın təklif edildi - Borc qarşılığında

    Ziya Məmmədovun qardaşı oğluna maşın təklif ...

    16-03-2018, 12:30

  • 
  • Lady Qaqa zorlandığını etiraf etdi

    Lady Qaqa zorlandığını etiraf etdi ...

    3-12-2014, 11:29


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (437)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu