Azərbaycan Azad Respublikaçılar Partiyasının (AARP) sədri Kamil Seyidov PA-ya dəvət olunması ilə bağlı qeyd edib ki, 29 fevral 2020-ci il tarixdə Prezident Adminstrasiyasının Siyasi Partiyalar və Qanunvericilik Hakimiyyəti ilə əlaqələr şöbəsinin müdri Ədalət Vəliyevin dəvəti ilə onunla görüşüb
Görüşdə siyasi partiyaların fəaliyyət prinsiplərindən tutmuş onların ofislə təminatı, habelə partiyalararası dialoqun inkişafı, iqtidaryönümlü siyasi partiyalara olan münasibətlər və digər məsələlər müzakirə edilmişdir.
Həmçinin iqtidaryönümlü siyasi partiyaların koordinasiya mərkəzinin yaradılması, perspektivdə duran bəzi siyasi məsələlər müzakirə edilmiş və belə görüşlərin mütəmadi keçirilməsi barədə razılığa gəlinmişdir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?