GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Arvadı ilə sevgili olan qonşusunu öldürdü - Bakıdakı dəhşətli namus cinayətinin TƏFƏRRÜATI

Arvadı ilə sevgili olan qonşusunu öldürdü - Bakıdakı dəhşətli namus cinayətinin TƏFƏRRÜATI

Tarix: 6-03-2020, 21:55 Bölmə :Cəmiyyət Baxış: 648
Arvadı ilə sevgili olan qonşusunu öldürdü - Bakıdakı dəhşətli namus cinayətinin TƏFƏRRÜATI


Bakıda törədilən dəhşətli qətllə bağlı məhkəmə araşdırması başlayıb. Aqşin Quliyev arvadı ilə sevgi münasibətində olan qonşusunu qətlə yetirib. Bir neçə saat sonra isə 20 il əvvəl qardaşının arvadına sataşmış şəxsi öldürmək istəyib.

Bakı Ağır Cinayətlər Məhkəməsində 1968-ci il təvəllüdlü Aqşin Quliyevin cinayət işi üzrə məhkəmə iclası keçirilib. O, xüsusi amansızlıqla qəsdən adam öldürmə və xüsusi amansızlıqla qəsdən adam öldürməyə cəhddə ittiham edilir.

İttihama görə, Suraxanı rayonu, Bülbülə qəsəbəsində yaşayan Aqşin Quliyev qonşusu 1972-ci il təvəllüdlü İlham Həşimovu xüsusi amansızlıqla qətlə yetirib. Qətlin törədilməsinə səbəb Aqşinin İlham Həşimovla həyat yoldaşı arasında olan münasibəti öyrənməsi olub. Aqşin qonşusu İlhamı öz evinə çağıraraq bu haqda ondan soruşub. İlham bu söz-söhbəti təkzib edib. Amma Aqşin Quliyev İlhamı öldürmək niyyətindən daşınmayıb.

Aqşin əvvəlcə şirniyyat qoymaq üçün istifadə olunan qabı İlhamın başına vurub. Sonra əlbəyaxa olublar. Aqşin daha sonra xüsusi amansızlıqla və qəddarlıqla İlhamın boyun nahiyyəsinə 3 bıçaq zərbəsi endirib.

Aqşin Quliyev İlham Həşimovu qətlə yetirdikdən sonra Binəqədi qəsəbəsinə gedib. Orada isə Füzuli Şirinovu öldürmək istəyib. Lakin ona 3 bıçaq zərbəsi vurduqdan sonra ətrafda olan şəxslər və Füzuli Şirinovun oğlu onun qarşını alıb.

Törətdiyi əməli etiraf edən Aqşin Quliyev peşman olmadığını deyib. Sərbəst ifadə verən Aqşin Quliyev hər iki cinayətinin təfərrüatlarını məhkəmədəki ifadəsində danışıb.

Elan olunmuş ittihamla Aqşin Quliyev özünü təqsirli bilib. Aqşin Quliyev deyib ki, qətlə yetirdiyi İlham Həşimovla qonşu olublar, 2000-ci ilin əvvəllərindən tanışdılar. O, digər zərərçəkmiş Füzuli Şirinovla uzaq qohum olduğunu deyib.

Sərbəst ifadə verən Aqşin Quliyev bildirib ki, arvadı Sahilənin İlham Həşimova baxdığını görən zaman münasibətlərindən şübhələnib: "Mən evdən çıxanda gördüm ki, Sahilə İlhama baxır. 2-3 dəfə çağırdım, amma fikri getmişdi. Axırda yaxınlaşıb bir də çağırdım. Sorğu-sual elədim, and içdi ki, belə şey yoxdur. Mən artıq onlardan şübhələnmişdim. Mən kişiyəm, adam arvadının ona xəyanət etdiyini hiss edir. Dəfələrlə onların şübhəli hərəkətlərini tutdum. Axırıncı dəfə də evdən çıxanda İlhamın bizim balkondan evə baxdığını gördüm. Bir az səbrli olsa idim, onları birlikdə də tuta bilərdim. Amma səbrim çatmadı. Artıq ailəm dağılmışdı. Mən neftçi idim. 15 günlük dənizə gedib gələndə görürdüm ki, artıq ailə deyilik. Onunla bir evdə nəfəs ala bilmirdim, boğulurdum. Artıq ər-arvad deyildik. Uşaqlar da gedəndən sonra artıq həyat mənim üçün bitdi.

Əvvəlcə Sahiləni öldürmək istədim. Sonra fikirləşdim ki, bu, ədalətsizlik olar. Çünki mənim ailəmə daxil olan başqası idi. Sonra özümü öldürmək istədim. Fikirləşdim ki, niyə? Mən niyə bu ədalətsizliyi etməliyəm? Mən kimin ailəsinə soxulmuşam, kimin namusuna toxunmuşam? Buna görə də qərara aldım ki, İlhamı öldürüm. Artıq namus məni boğurdu. Sahiləyə dəfələrlə dedim, xəbərdarlıq etdim. And içdi, aman elədi ki, belə bir şey yoxdur. Amma bildim ki, bu hərəkəti edən şəxs üçün dəyərli heç nə yoxdur və yalandan and içir.

Mən onu öldürməyi qərarlaşdırdım. İlhamın nömrəsini tapıb özüm zəng elədim. Evə dəvət edib ondan soruşdum. Dedi ki, belə bir şey yoxdur. Əvvəlcə meyvə qabı ilə başına vurdum. Əlbəyaxa olandan sonra qaçmaq istəyəndə qapının ağzında ona çatdım. Bıçaqla ona zərbələr endirdim. Qardaşım pəncərədən girdi ki, bizi sakitləşdirsin. Təcili yardım çağırmaq da gec idi. Çünki mən onun boğazını kəsmişdim".

Aqşin Quliyev ifadəsinin davamında Füzuli Şirinovu qətlə yetirmək işləməsinin səbəbini danışıb. Deyib ki, Füzuli 20 il əvvəl onun qardaşı arvadına sataşıb: "Onu 20 il əvvəl qardaşımın arvadı ilə tutmuşdum. Fikirləşdim ki, artıq içəri gedirəm. Onu azadlıqda qoyub gedə bilməzdim. Füzulini hər məclisdə görəndə boğulurdum. Öz başıma da bu iş gələndə qərara aldım ki, onsuz da gedirəm və bu işi də həll edim. Sınıqçı işlədiyini bilirdim. Binəqədiyə gedib onu tapdım. Öldürmək istəyəndə əfrafdakılar onu qoruya bildi".

Əməlindən qətiyyən peşman olmadığını deyən Aqşin Quliyev suallara cavab verən zaman məlum olub ki, o, evinə kamera da quraşdırıbmış: "Kameranı söz-söhbətlərdən sonra qoymuşdum. Amma görüntülərdə heç nə yox idi. Mən buna əmin idim. 15 gün evdə olmurdum. Qonşulardan da bunu bilən, danışanlar var idi. Belə söhbətlər heç zaman gizli qalmır".

Aqşin Quliyevə qarşı Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 29.120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddələri ilə ittiham irəli sürülüb.//musavat.com
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Sevdiyi qadını qaçıran şəxsi amansızlıqla öldürdü

    Sevdiyi qadını qaçıran şəxsi amansızlıqla öldürdü ...

    18-02-2018, 21:09

  • 
  • Sevdiyi qadını qaçıran şəxsi amansızlıqla öldürdü

    Sevdiyi qadını qaçıran şəxsi amansızlıqla öldürdü ...

    12-02-2018, 11:10

  • 
  • Ərinə “işinlə məşğul ol” dedi və ...

    Ərinə “işinlə məşğul ol” dedi və ... ...

    20-07-2017, 18:06

  • 
  • Qandonduran hadisə! Əvvəl valideynlərini, sonra, 17 qonşusunu öldürdü - ŞOK SƏBƏB

    Qandonduran hadisə! Əvvəl valideynlərini, sonra, ...

    29-07-2017, 13:42

  • 
  • Qonşusunu qətlə yetirib qaçdı

    Qonşusunu qətlə yetirib qaçdı ...

    25-12-2013, 14:03


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
casino
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu