Martın 12-də Bakı Ağır Cinayətlər Məhkəməsi hakim Əli Məmmədovun sədrliyi ilə dələduzluq və oğurluqda təqsirləndirilən Pakistan vətəndaşları - Asif Məhəmməd Anjumun və Xani Şah Nəvazın ABŞ-a təhvil verilməsi barədə qərar çıxarıb.
Yerli medianın məlumatına görə, məhkəmə Azərbaycan Ədliyyə Nazirliyinin həmin şəxslərin ekstradisiyası ilə bağlı verdiyi təqdimata baxıb və təqdimatı təmin edib.
Pakistan vətəndaşları haqqında ABŞ-ın Nyu-York ştatının Ali Məhkəməsinin qərarı var. Onlar şəxsi məlumatların ələ keçirilməsi, dələduzluq, oğurluq kimi əməlləri törətməkdə ittiham edilir.
ABŞ tərəfindən beynəlxalq axtarışa verilən 1982-ci il təvəllüdlü Asif MəhəmmədAnjum və 1985-ci il təvəllüdlü Xani Şah Nəvaz bir neçə ay əvvəl Azərbaycanda saxlanılıb.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?