Pakistan Ali Məhkəməsinin ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fəthullah Gülənin lideri olduğu FETÖ qruplaşmasını terror təşkilatı kimi tanımasına münasibət bildirən Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğan yaxın günlərdə Azərbaycanın da oxşar qərar verə biləcəyini deyib.
GUNDEMXEBER.AZ bildirir ki, bu barədə Ərdoğan jurnalistlərə açıqlamasında bildirib.
“FETÖ-nün bir terror təşkilatı olduğunu Pakistan da bildirdi. Bundan sonrakı prosesdə Pakistanda bağlanan FETÖ məktəbləri vəqfimizə təhvil veriləcək. İndi bu proses başlayır. Eyni zamanda, Azərbaycanda da bəzi müsbət irəliləyişlər var. Ola bilsin, onların da bu məsələ ilə bağlı müjdələrini bu axşam, ya da sabah sizlərə verə bilərik”, – deyə Ərdoğan vurğulayıb.
Xatırladaq ki, Pakistan Ali Məhkəməsi FETÖ-nü terrorçu təşkilat kimi tanıyıb. Bundan başqa, Ali Məhkəmə FETÖ-nün terrorçu təşkilat elan edilməsi üçün Daxili İşlər Nazirliyinə təlimat verib.
Məhkəmə Pakistandakı FETÖ məktəblərinin Ankara adından Türkiyə xaricində maarifləndirici proqramlar reallaşdıran Maarif fonduna verilməsi barədə də hökm çıxarıb.
Qeyd edək ki, Türkiyə 2016-cı ilin iyul ayında dövlət çevrilişinə cəhddə ABŞ-ın Pensilvaniya ştatında yaşayan Fəthullah Güləni və onunla əlaqəli olan FETÖ təşkilatını ittiham edir.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?