Dünən (14.03.2020-cü il) AXH qurultaya hazırlıq üzrə komitə üzvləri bir araya gəldi. Yığıncaqda bir çox məsələlərdən söhbət açılsa da əsas müzakirə parlament seçkiləri və koronavirus üzərində getdi.
GundemXeber.Az olaraq AXH qurultaya hazırlıq üzrə təşkilat komitəsinin dönəm sədri Ramiz Orucov, üzvlər İlyas Abdullayev, Şamil Fərzəlibəylinin fikirlərini öyrəndik.
-Ramiz bəy, son parlament seçkiləriylə bağlı fikirləriniz maraqlıdır.
Əgər bir ölkədə seçki təpədən dırnağa qeyri şəffav keçirilərək, standarta uyğun olmayan bülleten qutuları varsa, topa halda bületenlər atılırsa, müşahidəçilərin, jurnalistlərin qanuni peşə borclarına məhdudiyyətlər qoyulursa və digər saxtakarlıqlar baş verirsə hansı seçkidən söhbət gedir?!
Ona görə qanuni olmayan seçkiyə fikir bildirmək gülməlidir, hər şey xalqa gün kimi aydındır.
- Koronavirusla bağlı nə deyərdiniz?
Bildiyimiz kimi bu virus insanları, xalqları, dövlətləri qorxuya salıb və ümumbəşəri bəlaya çevrilmək üzrədir. Amma düşünürəm ki, hər bir virusun antivirusu da var. Məni bu bəladan da çox narahat edən ölkənin səhiyyə nazirinin xalqa müraciət edərək, məlumatlandırmamasıdır. Demək olar bütün ölkələrin səhiyəsindəki birinci şəxs öz xalqını maarifləndirdiyi halda bizim nazir yoxa çıxıb. Hansı ki, xalqı belə mövzularla bağlı xəbərdar etmək birbaşa onun borcudur.
- Sizcə Oqtay Şirəliyev niyə xalq qarşısına çıxmır?
Azərbaycan hökuməti özü səhiyyə nazirini tapa bilmir. Heç kim bilmir Oqtay Şirəliyev hara qeybə çəkilib? Belə çıxır ki, ölkədə səhiyə yoxdur? Ölkədə səhiyyə iflic vəziyətindədir. Onun xalqa xidmət keyfiyyətinin əmsalı sıfır səviyyəsindədir. Yalnız xalqı soymağı bacarırlar. Qısası adı səhiyyə olan nazirlik əslində rejimin gəlir sahələrindən biridir.
İlyas Abdullayev : “Biz son seçkilərdən sonrakı parlamenti xaqlın verdiyi səslərə görə yox, rejimin təyin etdiyi səslər hesabına formalaşdığını elan etmişik, mövqeyimiz dəyişməzdir. Azərbaycanda səhiyyə nazirliyi yoxdur! Əvəzində klanların, səhiyyə üzrə meneceri var ki, bu vəzifəni də Oqtay Şirəliyev gözəl icra edir. Hökumət Ümumdünya Səhiyyə Təşkilatına on milyonlarla evro pullar yatırdığı halda, koronovirusla bağlı mübarizə üçün cəmi 10 milyon manat pul ayırıb. Hər vətəndaşa bir manat pul düşür, amma adı çəkilən virusla bağlı mübarizə vasitələri olan qoruyucu maska, spirt, pambığın qiymətləri günbəgün süni şəkildə artırılır. Artıq karantində elan olunub. Əgər qonşu dövlətlərlə sərhədlər də bağlanırsa əhalinin ərzaq təhlükəsizliyi qaçılmazdır”.
Şamil Fərzəlibəyli : “Saxta parlament formalaşdırılıb. Onu formalaşdıran de fakto mövcud hakimiyyətin özüdür. Ona görə də biz AXH olaraq parlamenti tanımırıq”!
Sorğu
Yeni dizaynımız necədir?