“Hələ Müsavat Partiyasının başqanlığına seçkilərin keçirilməsinə start verilməyib. Qurultaya qədər öz qərarımı verəcəyəm. Qurultayın keçirilməsi üçün Müsavat Partiyasına yer verildikdən sonra namizədliklə bağlı məsələlər öz həllini tapacaq”.
Bunu Modern.az-a açıqlamasında Müsavat Partiyasının Divan üzvü Nüşabə Sadıxlı deyib. Partiyada keçirilən seçkilərdə qadınların da iştirak etməsi məsələsinə toxunan Divan üzvü qeyd edib ki, Müsavat Partiyasının ətrafında kifayət qədər potensialı, siyasi təcrübəsi olan qadınlar var: “İndidən kimsə namizədliyinin irəli sürülməsi ilə bağlı qərar verə bilməz. Seçkilərdə iştirak etmək istəyən qurultaydan öncə ərizə ilə müraciət edir. Qadınlardan kimlərin namizədliyini irəli sürməsi ilə bağlı məlumatsızam. Hər halda onların da seçkilərdə iştirak etməsini istisna etmirəm”.
N.Sadıxlı bildirib ki, Müsavat Partiyası Azərbaycanda demokratiyanın təməlini qoyan partiyalardandır: “Hesab edirəm ki, demokratik seçki keçiriləcək. İstənilən partiya üzvü seçkilərdə iştirak edə bilər”.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?