2019-cu ilin dekabrında Çinin Vuhan şəhərində meydana gələn və hazırda dünyanın 150-dən çox ölkəsində yayılan koronavirusla bağlı bu gün bir tarix yaşanıb.
Gundemxeber.Az xəbər verir ki, Con Hopknis Universitetinin izləmə xərtəsinə görə, bu gün qlobal ölçüdə epidemiya və ölü sayı ilk dəfə olaraq Çindəki ölüm və epidemiyaya yoluxanların sayını geridə qoyub.
Universitetin statistikasına görə, dünya çapında koronavirusa yoluxanların sayı 86 min nəfəri keçib. Martın 16-na olan rəqəmə görə, Çində epidemiyaya yoluxanların sayı 81 min nəfərdir.
Çin xaricində koronavirusdan ölənlərin sayı 3 min 241 nəfər olduğu halda Çində ölənlərin cəmi sayı 3 min 208 nəfərdir.
Virusun mərkəzi olan Çin xaricindən koronavirusdan ən çox təsirlənən ölkələr sıra ilə İtaliya, İran, İspaniya və Cənubi Koreyadır.
İtaliyada dünən koronavirusdan ölənlərin sayı 368 nəfər artaraq 1807 nəfər olub.
İranda virusdan ölüyü təsdiq olunan insanların sayı 724 nəfərdir.
Bu rəqəm İspaniyada 292, Cənubi Koreyada isə 75 nəfər təşkil edir.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?