Müsavat Partiyasının başqanlığına sabiq namizəd, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Tofiq Yaqublu barəsində cinayət işi açılır.
Gundemxeber.Az-ın xəbərinə görə, bu barədə T.Yaqublunun qızı Nigar Həzi məlumat verib.
Bildirilib ki, T.Yaqublu “8-ci kilometr” adlanan bazarın yaxınlığında park edərkən avtomobili vurulub. Hadisədən sonra tərəflər arasında mübahisə yaranıb. Qarşı tərəf şikayətçi olub. Məsələ Nizami Rayon Polis İdarəsində araşdırılır.
Sorğu
Yeni dizaynımız necədir?