GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Hərbi qulluqçu : xidmətdə “düşmən çəpəri” , sonra düşmən

Hərbi qulluqçu : xidmətdə “düşmən çəpəri” , sonra düşmən

Tarix: 1-04-2020, 22:16 Bölmə :Cəmiyyət Baxış: 753
Hərbi qulluqçu : xidmətdə “düşmən çəpəri” ,  sonra düşmən


Xidmətdən buraxılan hərbi qulluqçuların hüquqları təmin olunmur

İstənilən ölkənin baş(lıca) nazirliyinin MÜDAFİƏ NAZİRLİYİ – SİLAHLI QÜVVƏLƏR olması , yəqin, şübhə doğurmaz. Gecə - gündüz bilmədən işləri - görəvləri yurdun – yurddaşın , torpağın keşiyində durmaq olan el igidlərini - hərbi qulluqçuları eldə “ düşmən çəpəri” , “düşmən sipəri” adlandırırlar. Ulu Peyğəmbərimiz yurd keşikçilərinin qiymətini “BİR GÜN VƏ BİR GECƏ SƏRHƏD BOYUNCA KEŞİK ÇƏKMƏK – GÜNDÜZLƏRİ ORUCLA, GECƏLƏRİ İBADƏTLƏ KEÇİRİLƏN BİR İLDƏN DAHA FAYDALIDIR “ deyimi ilə verib. Dövlət də qanunlarla , qərarlarla – normativ hüquqi aktlarla hərbi qulluqçuların hüquqi statusunu, xidmətdə və xidmətdən sonrakı hüquq və vəzifələrini təsbit edib . Di gəl , xidmətdə düşmənə çəpər-sipər olan hərbi qulluqçulara xidmətdən buraxıldıqdan sonra ögeylik göstərilir , qanunla qorunan hüquqları tanınmır, az qala düşmən kimi baxılır.
Hərbi qulluqçuların xidmətdən sonrakı başlıca qayğılarını mənzil-məişət , məşğulluq kimi sosial problemlər təşkil edir. Qulluqda xidməti mənzillərlə təmin olunan hərbçilər tərxis olunan anda evsiz- eşiksiz duruma düşür , illərdir mənzil növbəsində olanların üzünə həsrətlərində olduqları mənzillərin qapısı bürokratik əngəllərdən açılmır. Halbuki, “Hərbi qulluqçuların statusu haqqında” 25 dekabr 1991 -ci il tarixli 36 saylı qanunun 12.2 maddəsinə əsasən , AZƏRBAYCAN RESPUBLİKASI SİLAHLI QÜVVƏLƏRİNDƏ 15 TƏQVİM İLİ VƏ DAHA ÇOX XİDMƏT ETMİŞ XİDMƏTİ MƏNZİLLƏRDƏ YAŞAYAN VƏ YA YAŞAYIŞ SAHƏSİ OLMAYAN HƏRBİ QULLUQÇULARIN , EHTİYATA VƏ İSTEFAYA BURAXILMIŞ HƏRBİ QULLUQÇULARIN. ..6 AY MÜDDƏTİNƏ YERLİ İCRA HAKİMİYYƏTİ ORQANI TƏRƏFİNDƏN YAŞAYIŞ SAHƏSİ VƏ YA FƏRDİ YAŞAYIŞ EVİNİN TİKİNTİSİ ÜÇÜN BƏLƏDİYYƏDƏN PULSUZ TORPAQ SAHƏSİ ALMAQ HÜQUQU VARDIR. Bu hüququ həyata keçirdikdən sonra xidməti mənzil sahəsinə malik olanlar mənzilləri təhvil verməyə borcludurlar. Qanun, hüquq hərbi qulluqçuların yanında olsa da , həm yerli icra hakimiyyəti orqanları , həm də bələdiyyələr nəinki ən geci 6 ay müddətində, ümumiyyətlə hərbi qulluqçuları mənzillə və ya torpaq sahəsi ilə təmin etmirlər. Onu da vurğulayaq ki, HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ƏLİL OLMUŞ VƏ BUNUNLA ƏLAQƏDAR XİDMƏTDƏN BURAXILMIŞ HƏRBİ QULLUQÇULARA SEÇDİKLƏRİ YAŞAYIŞ YERİNDƏ MƏNZİL VƏ YA FƏRDİ YAŞAYIŞ EVİNİN TİKİNTİSİ ÜÇÜN TORPAQ SAHƏSİ NÖVBƏDƏNKƏNAR VERİLİR. Gerçəkdə isə vətən müdafiəçiləri hərbi əlillər on illərdir bələdiyyələrin, icra hakimiyyəti orqanlarının rüşvət hücumları qarşısında mənzil növbələrində əzilirlər . Sözügedən qanunun 12.5 maddəsinə görə, hərbi qulluqçuların mənzil tikinti kooperativlərinə üzv olmaq və kredit borclarının ödənilməsinə 50-100 faiz maliyyə yardımı edilməsi hüquqları vardır; icra hakimiyyəti orqanları tikinti materiallarının alınmasında onlara köməklik etməlidir . Amma elə bir icra hakimiyyəti , bələdiyyə varmı qanunun tələbinə əməl etsin? Hətta sözügedən qanunun 12.10 maddəsində mənzil hüququ pozulan hərbi qulluqçuların, xidmətdən buraxılmış şəxslərin qanuni hüquqlarının təmin edilməsi və zərərin ödənilməsi barədə müvafiq yerli icra hakimiyyəti başçısına qarşı məhkəmədə iddia qaldırmaq hüquqlarına da məhkəmələrin özləri qadağa qoyub. Təsəvvür edin, Şəki İnzibati Məhkəməsinin hakimi Rüfət Məcidov Ağsu RİH başçısına qarşı iddianı mümkün saymayıb ki, icra başçısı fiziki şəxsdir. Şəki Apellyasiya Məhkəməsi də “vəzifəli şəxs” ilə “fiziki şəxs”i ayıra bilməyib, növbə ali instansiyadadır . Sərhəd qoşunlarında 15 ildən çox xidmət edən xanım hərbi qulluqçunun bələdiyyədən torpaq sahəsi almaq hüququna məhkəmənin qadağa qoymasından da basında bilgi verilib. Xidmətdən buraxılan pensiyaçı hərbi qulluqçuların qanunun 13.6 maddəsinə əsasən, hərbi-tibb müəssisələrində tibbi təminat , sanatoriya -kurort müalicəsi və istirahət hüququ saxlanılsa da , bu hüququ da Müdafiə Nazirliyinin və digər güc qurumlarının yanındakı tibb, istirahət mərkəzləri tanımır. Keçmiş hərbi qulluqçuların məşğulluğu da təmin edilmir . “Hərbi xidmət və hərbi vəzifə haqqında” 23.12.2011 tarixli 274-IVQ saylı qanunun 2.0.2 maddəsində HƏRBİ XİDMƏTİN DÖVLƏT QULLUĞUNUN XÜSUSİ NÖVÜ olması təsbit edilsə də , dövlət qurumları, hətta əhalinin məşğulluğunu təmin etməli olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN ) də işlə təmin olunmaq istəyən keçmiş hərbçilərdən “testdən keçməyi” tələb edirlər.
ƏƏSMN -dən söz düşmüşkən ,hərbi pensiyaların prezidentin sərəncamına əsasən 40 faiz əvəzinə , gerçəkdə ortalıq 25 faiz artımla hesablanması da anlaşılan deyil. Dünənin doğma, düşmən çəpəri el igidlərinə bu günkü ögey ilişgi də eləcə. Görəsən, bu ögeylik nədən qaynaqlanır? Yoxsa, FƏRMAN DÖVLƏTİNDİR, İCRASINA QADAĞA QOYMAQ DÖVLƏT QURUMLARININ? !

Məğrur Bədəlsoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Ordu rəhbərliyi “sverxsroçnik” olmaq istəyənlərə müraciət etdi

    Ordu rəhbərliyi “sverxsroçnik” olmaq istəyənlərə ...

    24-01-2014, 12:42

  • 
  • Hərbçilərin pensiya problemləri – Müsahibə

    Hərbçilərin pensiya problemləri – Müsahibə ...

    8-10-2013, 13:18

  • 
  • Azərbaycan Ordusu ona aid olmayan funksiyalardan azad edilir

    Azərbaycan Ordusu ona aid olmayan funksiyalardan ...

    10-02-2014, 16:34

  • 
  • HƏRBİ QULLUQÇULARIN ƏRZAQ PULU ARTIMLA VERİLMİR

    HƏRBİ QULLUQÇULARIN ƏRZAQ PULU ARTIMLA VERİLMİR ...

    5-02-2019, 14:20

  • 
  • Əsgər hərbi hissədən qaçıb

    Əsgər hərbi hissədən qaçıb ...

    23-01-2014, 13:43


Təqvim

«    Oktyabr 2025    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 

Arxiv xəbərlər

Oktyabr 2025 (75)
Sentyabr 2025 (558)
Avqust 2025 (567)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (656)
İyul 2024 (677)
İyun 2024 (513)
May 2024 (621)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (568)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu