GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » Bağımsız-müstəqil jurnalistlər işlərini dayandırır ?

Bağımsız-müstəqil jurnalistlər işlərini dayandırır ?

Tarix: 4-04-2020, 21:42 Bölmə :Cəmiyyət Baxış: 621
Bağımsız-müstəqil jurnalistlər işlərini dayandırır ?


Bu gecədən, aprelin 5-dən ölkədə xüsusi karantin rejimi tətbiq olunur.

Belə rejimin qaydalarına görə, KİV də içində olmaqla, bir sıra sahələrdə çalışanlar çıxılmaqla heç kəsin SMS araçılığı ilə icazə almadan yaşayış yerindən çıxmaq hüququ yoxdur və bu qaydanı pozanları inzibati cəzalar gözləyir. İlk baxışdan hər şeyin dəqiq hesaba alındığı görünsə də, bir çox anlaşılmazlıqlar da var. Məsələn , məhkəməyə , hüquq mühafizə orqanlarının çağırışlarına getməyə heç bir icazə tələb olunmur , sadəcə , müvafiq bildirişi təqdim etmək yetərlidir. Axı, nə polis , nə prokurorluq çağırdığı şəxsi rəsmi qaydada - SMS-lə, bildirişlə bilgiləndirmir !? Eləcə zənglə hansısa hüquq mühafizə orqanının qapısında olmağı tapşırır. Biz hələ təhlükəsizlik xidmətini demirik. Məhkəmələrdən heç danışmağa dəyməz . Bildiriş vermədən zənglə çağırmaqdan tutmuş , 5-10 gün geri tarixə çağırışlar “məhkəmə- hüquq islahatlarının dərinləşdirilməsindən” qabaq da , indi də başlıca prosessual normalar olaraq qalır. Xüsusi karantin rejimində vətəndaş rejim nəzarətçisini necə başa salsın ki, bu gün verilən bildirişlə 10 gün qabağa iclasa çağırılması onun yox, məhkəmənin qaydanı pozmasıdır ?!
KİV -ə gəldikdə, hansısa informasiya vasitəsinin vəsiqəsinin və ya arayışının olması bəs edir ki, peşə borcunu və maddi ehtiyacını ödəmək üçün evdən çıxışına “yaşıl işıq yandırılsın” . Bəs bağımsız - müstəqil jurnalistlərə ilişgidə qayda tənzimlənməsi necə olacaq? Adından göründüyü kimi , bu media nümayəndələri fəaliyyətlərində tam özgürdürlər və təbii ki, heç bir redaksiya heyətinin üzvü deyillər. Sadəcə, istənilən redaksiya ilə əməkdaşlıq edən bağımsız jurnalistlər özlərini nə ilə tanıtsınlar? Özlərinə jurnalist vəsiqəsi verməyəcəklər ha! Hansısa KİV -in əməkdaşlıq haqqında arayışı da sistemdə adının olmaması nədəni ilə saxta sayılacaq və “qaş düzəltmək yerinə göz çıxarmaq “ effekti verəcək. Yəni, inzibati cəzaya “ saxta sənəd cinayəti” də qoşula bilər ki , bunun da xüsusi karantin rejimindən də uzun çəkəcəyi şübhə doğurmur. Bəlkə fiziki şəxs kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmaq haqqında vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN ) sözügedən problemin çözülməsində açar olar? Hər bir fərdi sahibkarın VÖEN -i sistemdə oturub və nömrəni qeyd etməklə rejim nəzarətçisi bunu asanlıqla müəyyən edə bilər. Bu çözümdə “əmma” odur ki, məhz jurnalistlik fəaliyyəti ilə məşğul olduğunu sübut etmək tələb oluna bilər. Fikrimizcə, Mətbuat Şurası da müstəqil jurnalistlərə gərəkən sənədi verməklə və müstəqil jurnalistlərin siyahısını sistemə yerləşdirməklə sözügedən problemin çözülməsinə töhfəsini verə bilər.

Məğrur Bədəlsoy
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • DİN karantin rejimi ilə bağlı suallara aydınlıq gətirdi

    DİN karantin rejimi ilə bağlı suallara aydınlıq ...

    4-04-2020, 12:16

  • 
  • "Vətəndaşlar icazə üçün yarım saat, bir saat əvvəldən müraciət etməlidir" - RƏSMİ AÇIQLAMA

    "Vətəndaşlar icazə üçün yarım saat, bir saat ...

    3-04-2020, 17:20

  • 
  • Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - RƏSMİ

    Azərbaycanda hərəkətə məhdudiyyət qoyulur - RƏSMİ ...

    2-04-2020, 21:04

  • 
  • DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə də şamil ediləcək

    DMX: Sabahdan hərəkət məhdudiyyətləri əcnəbilərə ...

    4-04-2020, 18:08

  • 
  • Azərbaycan polisi elektroşokdan istifadə edəcək  - MM icazə verir

    Azərbaycan polisi elektroşokdan istifadə edəcək - ...

    16-09-2014, 15:12


Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031

Arxiv xəbərlər

Avqust 2025 (354)
İyul 2025 (583)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (546)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu