2019-cu ildə Hollandiyadan Azərbaycana deport olunduqdan sonra inzibati qaydada edilmiş və ağır işgəncələr almış “Korrupsiyaya Yox De” səhifəsinin əməkdaşı Natiq İsbatov 9 aprel 2020-ci ildə Abşeron rayon Məşğulluq İdarəsinin qarşısında sosial problemlərini işıqlandırmaq istəyən insanlarla bağlı çəkiliş etməyə hazırlaşarkən həbs edilmişdir.
10 aprel tarixində isə məhkəmə qərarıyla Natiq İsbatov “epidemiya qaydalarını pozmaq” adı altında 30 sutkalıq inzibati həbsə məhkum edilmişdir. Verilən məlumata görə N.İsbatov saxlanılmamışdan bir neçə gün əvvəl yenə Abşeron Rayon Məşğulluq İdarəsinin Qarşısında 2 körpə uşağının yeməyə çörəyinin olmadığını dilə gətirən qadınla bağlı etdiyi çəkiliş etmiş və sosial şəbəkələrdə bu görüntülər geniş rezonans yaratmışdır. Buna görə də N.İsbatovun cəzalandırılması sırf bu olayla bağlı olması güman edilir. Xatırladaq ki, Natiq İsbatov mətbuat işçisi kimi öz peşə fəaliyyətini həyata keçirmək istəmişdir və eyni zamanda həyat yoldaşı ağır epilepsiya, uşaqlarından biri isə aotizm xəstəsidir.
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?