GundemXeber

  • Əsas Səhifə
  • GündəmXəbər
  • Ölkə
    • Cəmiyyət
    • Bölgə xəbərləri
    • Mədəniyyət
    • Kirminal
    • Hadisə
  • Siyasət
  • İqtisadiyyat
  • İdman
  • Maraqlı
  • Maqazin
  • Müsahibə
  • Dünya

Gundemxeber.az » Ölkə » Cəmiyyət » ''Repressiya və İşgəncələr Əleyhinə Komitə''dən BƏYANAT

''Repressiya və İşgəncələr Əleyhinə Komitə''dən BƏYANAT

Tarix: 29-07-2019, 20:43 Bölmə :Cəmiyyət Baxış: 670
''Repressiya və İşgəncələr Əleyhinə Komitə''dən BƏYANAT


''Təəssüflə qeyd olunmalıdır ki, Azərbaycan hakimiyyəti ona ünvanlanan çox saylı çağırış və tələblərə baxmayaraq dinc, günahsız insanlara qarşı repressiv siyasətini davam etdirir. İnsanlar heç bir əsas olmadan şərlənib həbs olunur. Ağır işgəncələrə məruz qalır və müəmmalı şəkildə qətlə yetirilir...

Aparılan araşdırmalar göstərir ki, ölkədə qorxu hissinin gücləndirilməsi, qisas, tamah və s. məqsədi ilə son bir neçə ildə 1000- lərlə şəxs hüquqi əsas olmadan həbs edilib. Xüsusi qəddarlıq və amansızlıqla işgəncələrə məruz qalıblar. Ən azından 30- dan çox şəxs döyülərək və odlu silahla qətlə yetirilib. Nardaran hadisələri, “Tərtər işi” və “Gəncə işi” ilə bağlı kütləvi şəkildə repressiyaya məruz qalanlar daha çox olub…

Acınacaqlı haldır ki, hakimiyyətin vətəndaşlara qarşı amansız münasibəti dayanmadan davam etməkdədir. May ayında Şəki rayon polis idarəsinə sağlam vəziyyətdə aparılan Qalib Məmmədov günün ikinci yarısı ordan ölü halında çıxarılıb. Onun başında və bədənini bir neçə hissəsində ağır xəsarət izləri olub. Amma işgəncə və qəsdən adam öldürmə faktı ört- basdır edilib.

Dəfələrlə çağırış edilməsinə baxmayaraq Gəncə məhbusu Aydın Qurbanov vaxtında azadlığa buraxılıb normal müalicə olunmasına imkan verilməyib. O, həbs edilən zaman məruz qaldığı işgəncələrdən, baxımsız həbsxana şəraitindən, zəif tibbi xidmətdən bir neçə həftə öncə- 10 iyulda Penitensiar Xidmətin Müalicə Müəssisəsində dünyasını dəyişib. Eyni zamanda məlum Gəncə hadisələri ilə bağlı həbs edilən zaman ağır işgəncələrə məruz qalmasına baxmayaraq işgəncə hallarının araşdırılması ilə bağlı təqsirləndirilən şəxslərin, valideynlərin və vəkillərin tələblərini respublika baş prokurorluğu qulaq ardına vurur, bu yöndə hər hansı ədalətli araşdırma aparmır. Halbu ki, bəzi məhbusların bədənlərində işgəncənin izləri hələ də qalır.

Tərtər hadisələrinə görə həbs olunmuş hərbçi Natiq Quluzadənin anası Bahar xanım oğluna qarşı edilən haqsızlıqlara, işgəncələrə dözməyərək bir neçə gün öncə vaxtsız vəfat edib. Mərhumənin dəfn və yas məclisində oğlunun iştirakına imkan verilməyib. Azərbaycan hakimiyyətinin ölkədə yaratdığı olduqca ağır sosial-iqtisadi durum, bərbad və ədalətsiz idarəçilik ucbatından Avropaya və başqa dövlətlərə üz tutan minlərlə vətəndaşımız vətənə qayıtmamaq üçün özlərinə qəsd edirlər. Almaniyada miqrantların qaldığı kamplarda min bir əziyyətə dözənlərdən biri, ali təhsilli ana Humay Məmmədova ölkəyə deport olunmasına etiraz olaraq Azərbaycana qayıtmaqdansa intihar etməyi üstün tutaraq öz həyatına son qoyub.

Hollandiyadan deport olunan Natiq İsbatov isə ölkəyə qayıdan kimi Avropadakı ictimai- siyasi fəaliyyətinə görə polisə müqavimət adı ilə şərlənərək 30 sutka inzibati həbs olunub. Keçən ilin oktyabr ayında ağır xəstə olan atasına baş çəkmək üçün Latviyadan Azərbaycana gələn Musavat fəalı, şərlənib həbs olunan Azad Həsənov heç bir əsas olmadan 9 aydır qondarma, saxta ittihamlarla həbsdə saxlanılır. Onun məhkəmə sorğularına aidiyyatı qurumlar cavab vermir, məhkəmə prosesi bilərəkdən uzadılır, süründürməçiliyə yol verilir. Azad Həsənov ona qarşı edilən ədalətsizliyə və haqsızlığa etiraz əlaməti olaraq 7 gündür ki, aclıq aksiyası keçirməyə məcbur olub. DTK əməkdaşlarının korrupsiya əməllərini ifşa etdiyi üçün həbs olunan jurnalist Polad Aslanov ağır cinayətdə ittiham olunur, amma istintaq orqanları bu günə qədər onun əməlində ortaya hər hansı ciddi fakt qoya bilməyib.

Acınacaqlı haldır ki, republika baş prokurorluğu bu qanunsuzluq və zorakı hərəkətləri araşdırmaq əvəzinə həmin faktları dilə gətirən hüquq müdafiəçilərinə, ictimai fəallara və jurnalistlərə təzyiq edir. Onlara susmaq üçün rəsmi xəbərdarlıq edir.

Repressiya və İşgəncələr Əleyhinə Komitə hakimiyyətdən vətəndaşlara qarşı həyata keçirilən repressiya, qanunsuz həbslər və işgəncə hallarını durdurmağı, səbəbkarların məsuliyyətə cəlb olunmasını tələb edir.''

Gundemxeber.Az

  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  • 0
  • 1
  • 2
  • 3
  • 4
  • 5
Geri

Oxşar yazılar :

    
  • Repressiya və İşgənclər Əleyhinə Komitədən BƏYANAT yayıldı

    Repressiya və İşgənclər Əleyhinə Komitədən ...

    27-05-2019, 09:55

  • 
  • ''Olkənin imici zədələnir, dövlət onursuzlaşır...''

    ''Olkənin imici zədələnir, dövlət ...

    21-04-2019, 11:25

  • 
  • "Gəncə məhbusları ölüm ayağındadır..."

    "Gəncə məhbusları ölüm ayağındadır..." ...

    12-05-2019, 18:42

  • 
  • HÜQUQ MÜDAFİƏÇİSİ XALQI ÖLKƏDƏ TÜĞYAN EDƏN REPRESSİYA VƏ İŞGƏNCƏLƏRƏ QARŞI BİRGƏ MÜBARİZƏYƏ ÇAĞIRIB

    HÜQUQ MÜDAFİƏÇİSİ XALQI ÖLKƏDƏ TÜĞYAN EDƏN ...

    5-05-2019, 17:01

  • 
  • Oqtay Gülalıyev DİN-ə çağrıldı

    Oqtay Gülalıyev DİN-ə çağrıldı ...

    5-05-2019, 22:21


Təqvim

«    İyul 2025    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
28293031 

Arxiv xəbərlər

İyul 2025 (281)
İyun 2025 (435)
May 2025 (454)
Aprel 2025 (551)
Mart 2025 (351)
Fevral 2025 (529)
Yanvar 2025 (530)
Dekabr 2024 (573)
Noyabr 2024 (576)
Oktyabr 2024 (692)
Sentyabr 2024 (596)
Avqust 2024 (657)
İyul 2024 (677)
İyun 2024 (514)
May 2024 (622)
Aprel 2024 (571)
Mart 2024 (450)
Fevral 2024 (569)
Yanvar 2024 (560)
Dekabr 2023 (584)
Noyabr 2023 (554)
Oktyabr 2023 (618)
Sentyabr 2023 (545)
Avqust 2023 (579)
İyul 2023 (594)
İyun 2023 (462)
May 2023 (595)
Aprel 2023 (596)
Mart 2023 (589)
Fevral 2023 (613)
Yanvar 2023 (498)
Dekabr 2022 (639)
Noyabr 2022 (517)
Oktyabr 2022 (425)
Sentyabr 2022 (519)
Avqust 2022 (496)
İyul 2022 (470)
İyun 2022 (625)
May 2022 (583)
Aprel 2022 (644)
Mart 2022 (663)
Fevral 2022 (651)
Yanvar 2022 (664)
Dekabr 2021 (664)
Noyabr 2021 (661)
Oktyabr 2021 (666)
Sentyabr 2021 (604)
Avqust 2021 (504)
İyul 2021 (542)
İyun 2021 (672)
May 2021 (586)
Aprel 2021 (656)
Mart 2021 (562)
Fevral 2021 (609)
Yanvar 2021 (564)
Dekabr 2020 (580)
Noyabr 2020 (607)
Oktyabr 2020 (752)
Sentyabr 2020 (685)
Avqust 2020 (766)
İyul 2020 (767)
İyun 2020 (675)
May 2020 (641)
Aprel 2020 (807)
Mart 2020 (617)
Fevral 2020 (668)
Yanvar 2020 (528)
Dekabr 2019 (652)
Noyabr 2019 (557)
Oktyabr 2019 (593)
Sentyabr 2019 (545)
Avqust 2019 (454)
İyul 2019 (616)
İyun 2019 (461)
May 2019 (585)
Aprel 2019 (559)
Mart 2019 (459)
Fevral 2019 (490)
Yanvar 2019 (565)
Dekabr 2018 (752)
Noyabr 2018 (732)
Oktyabr 2018 (1046)
Sentyabr 2018 (772)
Avqust 2018 (758)
İyul 2018 (827)
İyun 2018 (795)
May 2018 (757)
Aprel 2018 (859)
Mart 2018 (682)
Fevral 2018 (638)
Yanvar 2018 (851)
Dekabr 2017 (946)
Noyabr 2017 (1150)
Oktyabr 2017 (930)
Sentyabr 2017 (1090)
Avqust 2017 (1200)
İyul 2017 (1511)
İyun 2017 (842)
May 2017 (563)
Aprel 2017 (557)
Mart 2017 (624)
Fevral 2017 (681)
Yanvar 2017 (531)
Dekabr 2016 (514)
Noyabr 2016 (347)
Oktyabr 2016 (403)
Sentyabr 2016 (402)
Avqust 2016 (343)
İyul 2016 (509)
İyun 2016 (646)
May 2016 (660)
Aprel 2016 (680)
Mart 2016 (601)
Fevral 2016 (839)
Yanvar 2016 (467)
Dekabr 2015 (627)
Noyabr 2015 (727)
Oktyabr 2015 (733)
Sentyabr 2015 (579)
Avqust 2015 (308)
İyul 2015 (354)
İyun 2015 (182)
May 2015 (280)
Aprel 2015 (270)
Mart 2015 (371)
Fevral 2015 (277)
Yanvar 2015 (554)
Dekabr 2014 (697)
Noyabr 2014 (584)
Oktyabr 2014 (459)
Sentyabr 2014 (490)
Avqust 2014 (434)
İyul 2014 (505)
İyun 2014 (51)
May 2014 (533)
Aprel 2014 (437)
Mart 2014 (295)
Fevral 2014 (608)
Yanvar 2014 (923)
Dekabr 2013 (1167)
Noyabr 2013 (1064)
Oktyabr 2013 (624)
Sentyabr 2013 (458)
Avqust 2013 (699)
İyul 2013 (900)
İyun 2013 (649)
May 2013 (637)
Aprel 2013 (293)
Mart 2013 (164)
Fevral 2013 (423)
Yanvar 2013 (450)
Dekabr 2012 (881)
Noyabr 2012 (17)

Bütün arxivi göstər / gizlət

Sorğu

 

Yeni dizaynımız necədir?


 

 
BetBoom
    • youtube
    • twitter
    • rss
    • googleplus
    • flickr
    • facebook
    Copyright © www.GundemXeber.az / Bütün hüquqlar qorunur!
    BİZİMLƏ ƏLAQƏ: tel: (+99412) 538 76 26, (+99450) 289 88 33, (+99470) 248 96 52 - Email: [email protected]
    Ünvan: Bakı şəhəri, Mətbuat prospekti 529-cu məhəllə, ''Azərbaycan'' nəşriyyatı 1-ci mərtəbə
    Qurucusu: Ş.Cəfəri / Direktor: Ç. Cəfəri


    Hazırlayan və ideya müəllifi: Elshan Azizoglu