Binəqədi rayonunun C.Xəndan küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Gundemxeber.Az xəbər verir ki, qəza aprelin 15-də saat 17 radələrində qeydə alınıb.
Göyçay rayon sakini S.Salmanov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçən Bakı şəhər sakini Müşərrəf Verdiyevanı vurub. M.Verdiyeva xəstəxanaya aparılarkən yolda ölüb.
Binəqədi RPİ tərəfindən araşdırma aparılır.
Qeyd edilir ki, Müşərrəf Verdiyeva ifaçılıqla məşğul imiş. Müğənni kimi fəaliyyət göstərən qadın səhnə üçün “Banu” adından istifadə edib. Onun eyniadlı instaqram hesabında ölümüylə bağlı paylaşımlar edilib və ailəsinə başsağlığı verilib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?