“Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmli AXCP sədri Əli Kərimlidən açıqlama alaraq, onun yaşadığı binadan çıxarkən mülki geyimlilər tərəfindən saxlanılaraq naməlum istiqamətə aparılıb.
Bu barədə AXCP məlumat yayıb.
Hazırki anlaradək jurnalistin mobil telefonuna zəng çatıb və sonra telefonu söndürülüb.
AXCP-nin digər məlumatında isə deyilir ki, bu gün bu təşkilatın Xətai rayon şöbəsinin fəalı İslam İslamzadə 90 TG 814 dövlət nömrə nişanlı avtomobili ilə birgə yoxa çıxıb.
“İslam İslamzadə həyat yoldaşı ilə birgə Bakıda Füzuli küçəsindəki (Qış parkı ilə üzbəüz) mağazaya gedib. Hər ikisinin 8103 SMS icazəsi olub. Həyat yoldaşı mağazaya girib, İsalm isə avtomobildə gözləyib. Həyat yoldaşı mağazadan çıxandan sonra nə İslamı, nə də avtomobilini tapa bilmir,” məlumatda qeyd edilir.
AXCP sədri Əli Kərimli bildirib ki, son günlərdə həbs edilən fəalların əksəriyyəti onunla birbaşa əlaqədə olan şəxslərdir.
“Mühafizəçi Niyaməddin Əhmədov məhz onun evinə gedib çıxdıqdan sonra izlənərək saxlanılıb. Ruslan Əmirovun həbsi də bənzər motivli olub. Bu gün həbs olunan İslam İslamzadə də bir gün əvvəl modem almaq üçün AXCP sədrinin evinə gedib. Bir az əvvəl saxlanılan Təzəxan bəy isə onlara müsahibə üçün gedibmiş. Əli Kərimli bu gün başqa TV-yə müsahibə verdiyini bildirib və ondan sabah gəlməsini xahiş edib. Jurnalist blokdan düşən kimi yolda həbs edilib. Hakimiyyətin planı Əli Kərimlini tam təcrid etməkdir. Onun xarici aləmlə nəinki internet, telefon, hətta fiziki əlaqəsini kəsirlər. Hakimiyyət ən yüksək səviyyədə həyata keçirdiyi əməliyyatlarla AXCP sədrini və partiyanı məhdudlaşdırmaq niyyəti güdür,” AXCP sədrinin müavini Seymur Həzi Əli Kərimlinin dedikləörinə istinadən yazıb.
Rəsmi qurumlar AXCP-nin məlumatlarına hələ münasibət bildirməyib.//amerikaninsesi.org
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?