Bu günlərdə metronun “Xalqlar dostluğu” stansiyasından üzü “Koroğlu” stansiyasına gedən “62” saylı marşrutda içərisində 1 açar, 366 manat, 4 bank, 1 metro və 2 digər plastik kart olan pulqabını naməlum şəraitdə itirən Fərqanə Abuşova kömək üçün polisə üz tutub.
Polis əməkdaşlarına müraciət edən xanımı asayiş keşikçiləri tezliklə sevindirib. Belə ki, “Xalqlar dostluğu” stansiyasının yaxınlığında patrul xidməti aparan Metropolitendə Polis Şöbəsinin əməkdaşları onlara edilən müraciətdən sonra “Koroğlu” stansiyasındakı həmkarlarına bu barədə məlumat veriblər. Stansiyada xidmətdə olan polis serjantı Vüqar Cavadov həmin marşrutda cüzdanı taparaq Şöbənin rəhbərliyinə məruzə edib. Elə həmin gün axşam saatlarında F.Abuşova rəhbərlik tərəfindən şöbəyə dəvət olunub və itirdiyi 1 açar, 366 manat, 4 bank, 1 metro və 2 digər plastik kart ona qaytarılıb. Vətəndaş F.Abuşova asayiş keşikçilərinə minnətdarlığını ifadə edib.
Sorğu
Hansı Antivirusdan istiafdə edirsiniz?