Azyaşlının yaşlı kişi tərəfindən təcavüzə məruz qaldığı barədə məlumatlar yayılıb
Hadisə Ötən gün Bakının Nizami rayonu ərazisində 40-45 yaşlarında olan kişi 13 yaşlı oğlanı zorlamaq istəyib. ANS PRESS-in kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, sosial şəbəkələrdə bildirilib ki, noyabrın 20-də axşam saat 18:30 radələrində Bəhruz Nuriyev küçəsində, Xalqlar dostluğu” metro stansiyasının qarşısında, yarmarka yaxınlığında pedofil 13 yaşlı oğlana hücum çəkib. Orada uşağa təcavüz etmək istəyən zaman uşaq kişinin əlindən qaçıb. Uşağın valideynləri məsələ ilə bağlı polisə şikayət edib. Eyni zamanda onu psixoloji yardım üçün psixoloq yanına aparıblar.
ANS PRESS olaraq məsələni dəqiqləşdirmək və ətraflı məlumat almaq üçün ərazi üzrə Nizami Rayon Polis İdarəsinin 24-cü polis bölməsinin rəisi Lətif Cahangorovla əlaqə saxlayıb. Rəsin verdiyi məlumata görə, bu barədə onlara heç bir məlumt, yaxud şikayət daxil olmayıb.
“Əgər bu hadisə baş versəydi, bizim də xəbərimiz olardı. Bu barədə bizdə heç bir məlumat yoxdu”, - deyə bölmə rəisi bildirib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?