Almaniyanın öndə gələn səhiyyə qurumlarından olan Robert Koç İnstitutu tərəfindən Covid-19-un yeni təsirlərinin təsbit edildiyini açıqlanıb.
Açıqlamada koronavirus ciyərlərlə yanaşı böyrəklər və ürəyə də ciddi zərər vurduğu bildirilib: "Bu səbəblə qanda laxtalanma olur. Sistemli şəkildə bütün dəlilləri təhlil etməliyik".
Bildirək ki, İnstitutun direktor köməkçisi, professor Lars Şaade ölüm səviyyəsi ilə bağlı da danışıb: "Ölüm halları 3.2 faiz səviyyəsindədir. Bunun artma səbəbi xəstəxanalarda yoluxanların sayının çoxalmasıdır".
Qeyd edək ki, Almaniyada 147 mindən çox koronavirus daşıyıcısı var. Bugünədək 4 min 912 nəfər virus səbəbilə həyatını itirib.//yenisabah.az
Sorğu
Hansı bölmədə daha çox xəbər görmək istərdiniz?