Azərbaycanda olan 100-ə yaxın Gürcüstan vətəndaşı vətənə çatdırılacaq.
Bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.
Vətəndaşların Gürcüstana qayıtması bu ölkənin Azərbaycandakı səfirliyi və Gəncə şəhərindəki Baş konsulluğunun təşkilatçılığı ilə həyata keçiriləcək.
Gürcüstan vətəndaşları yaxın günlərdə avtobusla ölkəyə yola salınacaq. Sərhədi keçən kimi onların iki həftə ərzində karantində saxlanılması nəzərdə tutulub.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?