Gundemxeber.az » Ölkə » Cəmiyyət » “Səhiyyə Nazirliyi və “Azəriqaz” arasında problem ucbatından kəndlərdə xəstəxanalara qaz verilmir” - MM-in komitə sədri
“Səhiyyə Nazirliyi və “Azəriqaz” arasında problem ucbatından kəndlərdə xəstəxanalara qaz verilmir” - MM-in komitə sədri
“Səhiyyə Nazirliyi və “Azəriqaz” arasında problem ucbatından kəndlərdə xəstəxanalara qaz verilmir” “Ödənişli təhsil haqları əhalinin gəliri ilə nə dərəcədə mütənasibdir? Bu məsələ nəzərdən keçirilməlidir”.
Bunu bu gün Milli Məclisin plenar iclasında Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinin (Ombudsman) illik məruzəsinin (2019-cu il) müzakirəsi zamanı Mədəniyyət komitəsinin sədri Qənirə Paşayeva bildirib.
Millət vəkili deyib ki, Ombudsmanın Aliment Fondunun yaradılması ilə bağlı təklifi vacib məsələlərdən biridir: “Əlilliyin təyin edilməsi ilə bağlı isə bəzi tibb müəssisələrində laqeyd yanaşma var. Bəzi şəxslərin əlil olduğunu gözümüzlə görürük. Ancaq məlum olur ki, hansısa sənəd çatışmazlığına görə insana əlillik təyin edilmir. Belə hallar aradan qaldırılmalıdır. Yeri gəlmişkən, Tovuzda bir sıra kəndlərdə xəstəxanalara qaz verilmir, baxmayaraq ki, kəndlərdə qaz var. Bu, Səhiyyə Nazirliyi və “Azəriqaz” İstehsalat Birliyi arasındakı problemlərdən qaynaqlanır. Xəstəxanalara qaz verilməməsinin nə dərəcədə ciddi problemlərə yol açdığı nəzərə alınmalı, bu məsələlər aradan qaldırılmalıdır”. //APA
Sorğu
Yay istirahətini harada keçirmək niyyətindəsiniz?