AXCP sədrinin keçmiş müavini Fuad Qəhrəmanlının xanımı Zümrüd Yağmurun mülklərinə həbs qoyulub.
Gundemxeber.az xəbər verir ki, bu barədə Zümrüd Yağmur şəxsi "Facebook" hesabında paylaşım edib. O boşanma prosesi çərçivəsində həyat yoldaşı Fuad Qəhrəmanlının tələbi ilə onun mülklərinə həbs qoyulduğunu bildirib:
"Yaşadığım ev, adıma olan torpaq sahəsi və idarə etdiyim avtomobilin üzərinə həbs qoyulub, hətta maşının sürülməsi belə qadağan olunub. Hərçənd ki, buna ehtiyac yoxdur, çünki mülkün bölünməsinin vacibliyini bilirəm və qarşı tərəfə təklif etmişdim ki, ya bölgünü rəsmi qaydada edək, ya da öz aramızda razılaşma ilə... Öz aramızda həllin və mülkün satılıb əldə edilən gəlirin bölünməsinin daha məqbul olduğunu dedikdən sonra hər şey satışa çıxarılmışdı.
Amma sonradan hər şeyə həbs qoyulması qərarı ilə üz-üzə qaldım. Gözlənilməz idi, amma məsələ bu deyil. Açığı, heç vaxt maddiyyatçı olmamışam və hətta indi başqa bir yerdə yaşamaq imkanm olsa, bu evdən birdəfəlik imtina edə biləcəyimi də dəfələrlə söyləmişəm. Amma avtomobilin sürülməsinə qadağa qoyulması ən pisi idi, çünki mən şəhərdən xeyli uzaqda yaşayıram və qızım Sənay şəhərdə oxuyur, bütün hazırlıq kurslarına da şəhərdə gedir. Maşın mənə daha çox Sənayın məktəbə, kursa aparılması üçün lazımdır".
Zümrüd Yağmur maşının idarə olunmasına qoyulmuş qadağaının götürülməsi üçün məhkəməyə müraciət etdiyini lakin aprelin 15-də iddianın təmin edilmədiyini qeyd edib.
Sorğu
Hansı nəqliyyat növündən daha çox istifadə edirsiniz?